Murad Haqverdiyev dünya üçüncüsü oldu

10:34 01-08-2019 | icon 638 | İdman
Murad Haqverdiyev dünya üçüncüsü oldu

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

 

Azərbaycan Güləş Federasiyasından Versus.Az-a verilən məlumata görə, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

 

Murad Haqverdiyev dünya çempionatına inamlı qələbəylə başlayıb. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qalibi ilk görüşdə Gürcüstan idmançısına vaxtından əvvəl qalib gəlib. Rusiyalı rəqibi üzərində də əzmkar qələbə qazanan Haqverdiyev adını yarımfinala yazdırıb. Ancaq bu mərhələdə iranlı güləşçiyə uduzan Murad iyulun 31-də bürünc medal uğrunda mübarizə aparıb. Qırğızıstan təmsilçisi ilə görüşdə əzmkar mübarizə ortaya qoyan Gəncə güləş məktəbinin yetirməsi son saniyələrdə icra etdiyi fəndlə hesabda önə keçərək dünya 3-cüsü olub.

 

Riad Aslanov üçün debüt uğursuz alınıb. Həmyerlimiz iranlı rəqibinə uduzub.

 

Fərhad Kərimli ilk görüşdə çətinlik çəkmədən makedoniyalı həmkarını üstələyib. Həmyerlimiz 1/4 finalda amerikalı idmançını da məğlub edərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında iran təmsilçisinə məğlub olan Fərhad iyulun 31-də 3-cü yer uğrunda da güləşə bilməyib. Kərimli zədələndiyi üçün medalsız qalıb.

 

Məhəmmədəli Əliyev təsnifat mərhələsində Hindistan güləşçisiylə bacarmayıb.

45 kq
1/8 final - Murad Haqverdiyev - Maqomed Maqomedovi (GEO) 10:0
1/4 final - Murad Haqverdiyev - Vladimir Qienko (RUS) 9:4
1/2 final - Murad Haqverdiyev - Əli Mehran Firuzyai (İRİ) 0:5
Bürünc medal görüşü - Murad Haqverdiyev - Vladislav Nikandrov (KGZ) 10:8

 

51 kq
Təsnifat - Riad Aslanov - Əli Əbülfəzl Zadegan (İRİ) 2:6

 

60 kq
1/8 final - Fərhad Kərimli - Arsim Bekirovski (MKD) 11:0
1/4 final - Fərhad Kərimli - Cesse Uayn Mendes (USA) 8:1
1/2 final - Fərhad Kərimli - İrfan Məhəmməd İlahi (İRİ) 2:12
Bürünc medal görüşü - Fərhad Kərimli - Yoşinosuke Aoyaqi (JPN) -:+

 

71 kq
Təsnifat - Məhəmmədəli Əliyev - Vicay Vicay (İND) 5:12

 

92 kq
1/8 final - Saqadulla Ağayev - Qkivi Bliatze (GRE)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür