Prezident seçkilərini ölkə üzrə 1300-ə yaxın müşahidəçi izləyəcək

19:40 30-03-2018 | icon 619 | Siyasət
Prezident seçkilərini ölkə üzrə 1300-ə yaxın müşahidəçi izləyəcək

Azərbaycanda seçkilərdə respublika üzrə müşahidə aparmaq üçün 1285 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.

 

Versus.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, hazırda MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 543 nəfərdir, bir sıra beynəlxalq müşahidçilərin sənədləri isə MSK-da baxılmaqdadır və onların sayının artacağı istisna edilmir.

MSK sədrinin sözlərinə görə, seçkiləri 51 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək, Azərbaycana gələn beynəlxalq müşahidəçilər 52 ölkəni təmsil edirlər.

 

Dairə seçki komissiyalarına isə müşahidə aparmaq üçün 53900 nəfər müraciət edib. M.Pənahov vurğulayıb ki, müşahidə aparmaq üçün müraciət edən bütün şəxslərə müsbət cavab verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür