Zəlzələdən zərər çəkənlər üçün 251 evin inşası başa çatıb

15:59 05-09-2019 | icon 367 | Sosial
Zəlzələdən zərər çəkənlər üçün 251 evin inşası başa çatıb

Bu il fevralın 5 -də Şamaxı, Ağsu və İsmayıllıda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılan komissiyaya 10 min 649 müraciət daxil olub.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Şamaxı rayonunda Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadə deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlərin 10 min 608-nə baxılıb:

"Bəzi evlərdə yaşayış olmadığı üçün həmin evlərə baxış keçirilməyib. Komissiya regionda 547 fərdi yaşayış evini qəzalı hesab edib. Onlardan 251-nin tikintisi başa çatıb, digər yaşayış evlərinin isə tikintisi aparılır. Bundan başqa, Şamaxıda 20, 44, 110 mənzilli yaşayış binaları tikilir. Bunlardan 20 və 44 mənzili olan iki binanın tikintisi sentyabrın sonunda başa çatacaq".

 

H.Qasımzadə deyib ki, komissiya 2 192 fərdi yaşayış evinin bərpaya ehtiyac olduğunu müəyyən edib:

"1 339 fərdi yaşayış evində bərpa işləri aparılır, bunlardan 449-u tamamlanıb. İşlər Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Heydər Əliyev Fondunun "Regionların İnkişafı" İctimai Birliyinin dəstəyilə aparılır. Texniki qruplar mütəmadi olaraq hər 3 rayonda evlərin keyfiyyətli tikintisinə nəzarət edirlər. Bu günə kimi təhvil verilən evlərin keyfiyyəti ilə bağlı şikayət daxil olmayıb".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür