"YAP müxalifətlə münasibətləri sıxlaşdırmaq istəyir

16:01 14-09-2019 | icon 600 | Siyasət
"YAP müxalifətlə münasibətləri sıxlaşdırmaq istəyir

Versus.Az xəbər verir ki, Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov  “siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masa ilə bağlı aşıqlamasında bildirib ki, əslində Azərbaycana daha ciddi xarici təhlükələr mövcuddur. Qeyd edib ki, iqtidar-müxalifət münasibətlərini tamamilə yeni müstəvidə qurulmalıdır.

“Mən əminəm ki, bu təhlükələr çox ciddidir. Təbii, mən o qənaətdə deyiləm ki, bu təhlükə xaricdə kimlərinsə rəsmilərə ünvanlı söyüşləri ilə bağlıdır. Əslinə qalsa, daha ciddi xarici təhlükələr mövcuddur. Azərbaycanın müstəqilliyini qəbul etməyən qonşularımız var. Elə bilirsiniz ”Gülüstan" və “Türkmənçay” müqaviləsi sindromu bitib? Biz İrandan tez-tez səslər eşidirik ki, “Şimali Azərbaycan bizim ərazilərimizdir”. Rusiyadan səslər eşidirik ki, bu, keçmiş SSRİ-nin ərazisidir və Rusiyanın təsir dairəsinə daxildir, Rusiya burada əsas söz sahibi olmalıdır. Həmçinin bizə qonşu olan bədnam millət torpaqlarımızı işğal edib və ərazilərimizdən çıxmaq fikrində deyil. Yəni belə mürəkkəb geopolitik, coğrafi bir durumdayıq. Ona görə də xarici təhlükələri qulaqardına vurmaq olmaz, bu, çox ciddidir! Biz bu məsələlərə ciddi yanaşmasaq, bizi daha böyük bəlalar gözləyə bilər! Dediyim kimi, bu təhlükələrlə yanaşı, bizim çox ciddi imkanlarımız da var. Bu proseslərdə nəinki Qarabağı, nəinki tarixi torpağımız olan Zəngəzuru qaytara bilərik, hətta daha böyük məqsədlərə çatmaq üçün bizim kifayət qədər imkanlarımız mövcuddur. Buna nail olmaq üçün ilk növbədə ölkə daxilində dediyim birliyi və sabitliyi yaratmalıyıq. Eyni zamanda, bizim milli maraqlarımızla üst-üstə düşən güclü dövlətlər var, onların maraqları bizim maraqlarımızla üst-üstə düşür. Biz onlarla çox sıx əməkdaşlıq etməliyik və bu məqsədlərə çatmaq üçün onların da dəstəyindən yararlanmalıyıq. Belə bir vəziyyətdə iqtidar-müxalifət münasibətlərini tamamilə yeni müstəvidə qurmalıyıq".


Bəs hakim Yeni Azərbaycan Partiyasında bu məsələyə münasibət necədir?

Yeni Azərbaycan Partiyasından deputat Elman Nəsirov bildirib ki, iqtidar və müxalifət partiyalarının ümummilli məsələlərdə iki kateqoriyaya bölünməsi qəbuledilməzdir: “Dövlətçiliyimizə, müstəqilliyə, ərazi bütövlüyümüzə qarşı təhdidlər varsa və bu təhdidlər kəskinləşibsə heç şübhəsiz ki, iqtidar və müxalifət bir yumruq kimi birləşməli, dövlətçiliyin müdafiəsinə qalxmalıdır. Azərbaycana qarşısı xarici təhlükələrin olduğunu cənab prezident İlham Əliyev də dəfələrlə vurğulayıb. Azərbaycanın xarici təhdidlərə qarşı müqaviməti böyükdür. Bizdə səfərbər olunmuş cəmiyyət var, vətəndaş həmrəyliyi var. Bu söylədiklərimin olmadığı ölkələrdə nələrin baş verdiyi hər kəsin gözü qarşısındadır. Xüsusilə də hazırda dünyamızda çox qorxulu tendensiyalar baş alıb getməkdədir. Region dövlətlərinə yeni-yeni təsirlər, qanlı münaqişələr yaradılmaqdadır. Köhnə münaqişələr qızışdırılmaqdadır. Bu gün ABŞ-la Rusiyanın, İranla ABŞ-ın münasibətləri çox mürəkkəb ssenari üzrə inkişaf etməkdədir. Yəni bizim şimal və qonşumuzda hansı proseslərin getdiyi göz qarşısındadır. Eyni zamanda, bütün reallıqlar fonunda Azərbaycanda sabitlik var, təhlükəsizlik mühiti formalaşıb, inkişaf gedir. Buna görə də dünyadakı ksenofob, islamafob qüvvələr, xüsusilə də erməni lobbisi ciddi cəhdlə çalışırlar ki, Azərbaycanı da o qaynar hadisələrin tüğyan etdiyi ölkələrə bənzətsinlər. Həmin qüvvələr çalışırdı ki, Azərbaycanı Livana çevirsinlər.

Bu gün isə həmin qüvvələr çalışır ki, Azərbaycanı Suriyaya, Bakını Dəməşqə çevirsinlər. Bunları biz bilirik. Azərbaycanda konstitusion rejimi devirmək, vətəndaş qarşıdurması yaratmaq, ölkəni vətəndaş müharibəsinə sürükləmək, Azərbaycan dövlətçiliyini məhv etmək kimi hədəflər seçənlər var. Onların sırasında xaricdə məskunlaşmış sapı özümüzdən olan ”baltalar" da var. Onlara siyasi müxalifət demək olmaz. Onlara siyasi mühacir də demək düzgün olmaz. O insanlar dövlətimizə xəyanət yolunu seçmiş insanlardır. Onlar xarici dairələrin əlində alətə çevrilmiş ünsürlərdir".

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusilə də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifət arasında daha sıx müstəvidə birlik vacibdir: “Yaranmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var. Azərbaycanda xaos yaratmaq istəyənlərin cavabı bu şəkildə verilməlidir. Çünki xaosdan ən ciddi zərbəni alan dövlətçiliyimiz, xalqımız olar. Bunu isə nə iqtidar, nə də müxalifət istəməz. Ona görə də ümummilli məsələlərdə-sabitliyin və təhlükəsizliyin qorunması, ərazi bütövlüyümüzün bərpası məsələsində, Azərbaycanın suverenliyinin müdafiəsi məsələsində birliyə daha böyük ehtiyac var. Münasibətlər bax bu müstəvidə inkişaf etməlidir. YAP ölkəmizin qorunmasına xidmət edəcək istənilən addımları, təşəbbüsləri dəstəkləyir”./Müsavat com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR