“Türk dövlətləri arasında ciddi platforma formalaşdırıldı”

10:57 16-10-2019 | icon 796 | Geopolitika
“Türk dövlətləri arasında ciddi platforma formalaşdırıldı”

Əlabbas Məhərrəmli: "Deməli, bu format özünü doğruldub və ciddi perspektiv vəd edir"

 

“Türk Dövlətləri Əməkdaşlıq Şurasının 10-cu yubiley Zirvəsinin təşkili və bu mərasimin Bakıda keçirilməsi çox böyük əhəmiyyətə malik hadisədir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Əlabbas Məhərrəmli bildirib. 

 

O qeyd edib ki, Türk dövlətləri arasında 10 il əvvəl Naxçıvanda imzalanmış sazişə qədər heç də asan olmayan yol qət edilib. Müəyyən səbəblərə görə Türk dövlətlərinin heç də hamısı bu prosesdə tərəddüdsüz iştirak etmirdilər:

 

"Ancaq Azərbaycan və Türkiyə, o cümlədən, Qazaxıstan rəhbərliyinin cəhdləri nəticəsində Şura yaradıldı, Türk dövlətləri arasında birgəliyin genişləndirilməsi üçün ciddi platforma formalaşdırıldı.

Bu gün hətta Macarıstan da Türk Şurasında hələlik müşahidəçi statusunda təmsilçiliyə razılıq veribsə, deməli, bu format özünü doğruldub və ciddi perspektiv vəd edir.

Eyni zamanda, Özbəkistanın Şuraya qoşulması da Türk dövlətlərinin bir araya gəlmək zərurətini dərk etdiyinin göstəricisi sayıla bilər. İnanıram ki, Türkmənistan da əvvəl-axır bu inteqrasiya prosesinə qoşulacaq.

Bakıda keçirilən yubiley Zirvəsində verilən iqtisadi xarakterli birgə qərarlar ümumi əməkdaşlığın dərinləşdirilməsinə yönəlib və onların gerçəkləşdirilməsi iştirakçı dövlətlərin inkişafına  mühüm təkan verəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

“Qarabağ naminə qalib ol!” - MARAFON

Bu sərəncam 3000-ə yaxın şəxsə şamil olunacaq

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ