Beşmərtəbəli binada təhlükəli vəziyyət

13:39 09-05-2024 | icon 189 | Hadisə
Beşmərtəbəli binada təhlükəli vəziyyət

RİH-in razılığı ilə zirzəmini mənzil etdilər

 

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 182 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisinin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlardan birinə satıldığı iddia edilib. İcra Hakimiyyəti isə zirzəmini şəhid ailəsi üçün ev tikmək məqsədilə ayırdığını deyib. 

 

Bu barədə Pravda.az-a müraciət edən bina sakinləri bildiriblər ki, zirzəmidə təhlükəli vəziyyət yaranıb. 

 

Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilsə də, tikinti işləri dayandırılmayıb, iş başa çatıb, mənzil təhvil verilib. 

 

Məsələni araşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlanıb. 

 

Komitənin Mətbuat Xidmətindən verilən açıqlamada bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən sözügedən ünvanda 3 may 2024-cü il tarixində şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib:

 

“Monitorinq nəticəsində vətəndaşın mülkiyyətində olan yaşayış binasının zirzəmisinin ön hissəsində, təxminən 10 kvadratmetrlik sahədə qanunsuz tikinti faktı aşkar edilib. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilərək tikinti işləri mayın 3-də dayandırılıb”.

 

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlanıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq