Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq TƏDBİRLƏR

11:31 18-05-2024 | icon 296 | Siyasət
Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq TƏDBİRLƏR

Kamilə Əliyeva: “Bu, ölkəmizə olan inam və etibarın nümunəsidir”

 


“Son dövrlər bir çox dünya dövlətləri Azərbaycanla sıx siyasi, iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir. Bu, Prezident cənab İlham Əliyevin güclü siyasətçi, mahir diplomat olması və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun durmadan artması, 2020-2023-cü illərdə qazandığımız Şanlı Qələbələr, dövlətimizin gücünün, güdrətinin artması səbəblərindən irəli gəlir”.

 

Bunu Versus.az-a deputat Kamilə Əliyeva mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukoşenkonun Azərbaycana rəsmi səfərə gəlməsi və Prezident cənab İlham Əliyevlə görüşü istiqamətində verdiyi açıqlamada bildirib.

 

Deputat qeyd edib ki, nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə təşəbbüslərin göstərilməsi, bir çox dünya ölkələrinin dövlət və hökumət başçılarının Azərbaycana səfərlər etməsi və ölkəmizlə iqtisadi və siyasi əlaqələri əhatə edən mühüm sənədlər imzalaması ölkəmizə olan inam və etibarın nümunəsidir:

 

“Azərbaycanın Ermənistan istisna olmaqla MDB-yə üzv dövlətlərlə iqtisadi, siyasi əlaqələri yüksək səviyyədədir və bu dövlətlərlə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Eləcə də Azərbaycanla Belarus Respublikası arasında ikitərəfli əlaqələr uzun illərdi möhkəm təməllər üzərində qurulmuşdur. Ölkə başçımız Belarus Prezidenti ilə görüşdən sonra mətbuata bəyanatla çıxış etdi. Azərbaycanla Belarus Respublikası arasında Hökumətlərarası Komissiyası uğurla fəaliyyət göstərir və gələcəkdə əməkdaşlığın artırılması istiqamətində də bir çox tədbirlər həyata keçirəcək. İki ölkə arasında əvvəlki illərdə yaradılmış birgə müəssisələr presperktivli fəaliyyət göstərir və yeni yaradılacaq digər bilgə müəssisələrin sayının da artırılması nəzərdə tutulub. Əsasən maşınqayırma, hərbi sənaye komplekslərində, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələri daha da gücləndiriləcək ki, bu da ölkələrimizin təhlükəsizliyinə və iqtisadiyatının güclənməsinə əhəmiyyətli dərəcədə dəstək göstərəcək. Belarus şirkətləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa işlərində də iştirak edəcək. Ümumiyyətlə Belarus Respublikasının şəhərsalma sahəsində, eləcə də aqroşəhərciklərin tikintisində böyük təcrübəsi var”.


Deputat qeyd edib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Prezident cənab İlham Əliyevlə işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfər etməsi bu ölkənin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasının nümunəsidir:


“Prezident cənab İlham Əliyev və Prezident Aleksandr Lukaşenkonun şəxsi dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın dostluğuna böyük töhfə verir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər


“Yenidən müharibəyə başlamaq planları qururlar”

Misir-Azərbaycan əlaqələrinin inkişafından qarşılıqlı GÖZLƏNTİLƏR

El arasında “qulaqdibi” adlanan SVİNKA

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Şahmatçımız Fransa çempionu oldu

Dövlət Əmək Müfəttişliyi Xidmətində QANUN BOŞLUĞU

Prezident onu MÜKAFATLANDIRDI

Bakı-Ağstafa qatarlarına Tovuzda dayanacaq VERİLDİ

Laçına dolu yağıb

“Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” - AMEA-da TƏQDİMAT

İsrailə 19 mindən çox raket atılıb

Bayramqabağı bazarda son VƏZİYYƏT

1209 müəllimin cavab verə bilmədiyi SADƏ SUAL

Şagirdi döyən mühafizəçi QOVULDU

Nəşi tapılan hərbçimiz dəfn edildi