Murad Ariflə Sevda Ələkbərzadənin “Superstar”ı

20:26 26-07-2024 | icon 462 | Şou-biznes
Murad Ariflə Sevda Ələkbərzadənin “Superstar”ı

Bəstəkar-müğənni Murad Arif Əməkdar artist Sevda Ələkbərzadə ilə ifa etdiyi "Superstar" mahnısına çəkilən klipi təqdim edib.

 

Versus.Az xəbər verir ki, sözləri və musiqisi Murad Arifə məxsus olan "Superstar"a Whosein ekran həyatı verib.

 

“Bu mahnı nə haqqındadır?

Müasir dövrün insanları şəkillərdə, üz qabıqlarında, maqazin səhifələrində gördükləri obrazları özlərinə hədəf, nümunə seçir... Hamı necəsə görünməli, nəyisə geyinməli, yeməli, sürməli, haralardasa olmalı... bu "-malı, -məli"lər bizi idarə etməyə başlayıb. Biz artıq öz həyatımızı deyil, başqalarının həyatını yaşamağa başlamışıq sanki. Sürü psixologiyasına uymadan, individual olmağa çağırışdır "Superstar"! Heç kəsə baxmadan, "ÖZ YOLUNLA GET TAPACAQSAN SONUNDA" deyirik. Müqayisə aparma, özün ol, özünü qəbul et, özünə DƏYƏR ver, deyirik. Olduğun kimi, individual, təkrarsız və parlaqsan. Sadəcə SƏNİ kəşf etməyə tələs...


Yollar sənin, sənsən sükanda
Parla və coş, ürəkdən oyna!
Bu sənin filmin, sən də baş rolda!

 

“Superstar” şou-biznes ulduzları haqqında deyil. İnsanlara motivasiyadır. Bəstə fank tərzindədir”-, deyə Murad Arif bildirib.

 

Qeyd edək ki, sənətçilər "Superstar"ı ilk dəfə Murad Arifin "Hitmaker" konsertində təqdim edib.

 

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK