Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

15:33 06-09-2024 | icon 454 | Geopolitika
Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Ermənistanda “Henaket” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan iddia edir ki, Azərbaycan anklavlarının (Kərki, Sofulu, Bərxudarlı, Yuxarı Əskipara – red.) qaytarılmasına hazırlıq gedir. O qeyd edib ki, 4 kəndin Azərbaycana təhvil verilməsi tezliklə baş tutacaq.

 

Aydın məsələdir ki, V.Manqasaryan məsələni öz ampluasında dəyərləndirir. Yəni onun iddiası geosiyasi və regional reallıqlarla üst-üstə düşmür. Məsələ ondadır ki, Qazaxın 4 qeyri-anklav kəndi delimitasiya və demarkasiya prosesi çərçivəsində dinc yolla Azərbaycana qaytarıldı. Bu nailiyyət, ikili danışıqlar və sərhəd komissiyalarının görüşü fonunda baş tutdu. Yəni mübahisəli məqamlar diplomatik yolla həll edilərkən hərbi varianta əl atmaq Bakının maraqlarına uyğun deyil.

 

Azərbaycanla Ermənistan arasında mübahisəli məqamlar var. Onlardan biri də Kərki, Sofulu, Bərxudarlı və Yuxarı Əskipara kəndlərinin aqibətidir. Tərəflər arasında mübahisəli məsələ müzakirə edilsə də, hələlik bunun prioritet məsələ olduğunu düşünmürəm. Azərbaycan üçün daha önəmli məsələ Ermənistan konstitusiyasının və müstəqillik haqqında bəyannamənin ərazi iddiaları ehtiva edən və sülhə hüquqi maneə olacaq hissələrin dəyişdirilməsidir. Bu məsələ həll edilsə, İrəvanla Bakı arasında sülhə nail olmaq olar.

 

Azərbaycan ilkin sülh müqaviləsi önündə başlıca maneə olan bu məsələni həll edib, anklavların taleyinə qayıtmaq istəyir. Bu zaman prosesin hansı metod və ya beynəlxalq təcrübə əsasında tənzimlənəcəyi müəyyən ediləcək. Aydın məsələdir ki, qeyri-anklav kəndlərdən fərqli olaraq anklav kəndlərin geri qaytarılması məsələsi eynilik təşkil etmir. Yəni bu proses ya qarşılıqlı razılıq, ya da beynəlxalq təcrübəyə müraciətlə tənzimlənə bilər.

 

V.Manqasaryan Azərbaycanın əsas məqsədlərindən birinin Ermənistan ordusunun silahsızlaşdırılması olduğunu iddia edib. Azərbaycanın belə bir məqsədinin olduğunu düşünmürəm. Bu kimi hallar ölkə işğalında baş verir. Misal üçün İkinci Dünya müharibəsinin sonunda Almaniya və Yaponiyanın konstitusiyalarında dəyişiklik oldu və orduları müəyyən həddə qədər məhdudlaşdırıldı. Azərbaycanla Ermənistan arasında mövcud reallıqlar fonunda Bakının belə təklifi yoxdur.

 

Bununla belə, Ermənistanın regiona kənar gücləri gətirməsi, sərhəddə Aİ sülhməramlı missiyasının fəaliyyəti Bakını narahat edir. Bu istiqamətdə müəyyən tələblər sülh gündəliyinə salına bilər.

 

Turan Rzayev

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

"Azərbaycan Avropa ilə əlaqələrini genişləndirməkdə davam edir"

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Qadın maşını sındırdı, kişi evi yandırdı

Görün Hafiz Hacıyevin seçkiyə verdiyi qiymət nədir

Ekspertdən həyati təhlükə barədə XƏBƏRDARLIQ

Ərəb ölkələri İranın nüvə proqramından narahatdır

EMİNdən “Stolko let spustya” - TƏQDİMAT

Anemiyanın simptomları və müalicəsi

Aygün Üzüm və Şərab Festivalında bunu etdi

Britaniya kral ailəsində ilk

7 yaşlı qız DÖYÜLDÜ

Cəlilabadda YANĞIN

Avropa çempionlarımız vətənə qayıtdılar

Bahalı analizlərə SON