Görün Hafiz Hacıyevin seçkiyə verdiyi qiymət nədir
Hafiz Hacıyev: “ATƏT-in bizim parlament seçkisi ilə bağlı hesabatı da qərəzlidir”
“Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri heç bir ciddi nöqsanlara yol verilmədən uğurla başa çatıb. Bu seçkidə müəyyən xırda problemlər yaşansa da, demokratiyanın əsas prinsiplərinə uyğun şəkildə, şəffaf bir şəraitdə aparıldığı birmənalıdır”.
Bunu versus.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev parlament seçkilərində uduzan ictimai-siyasi aktivlərdən istifadə edərək Azərbaycana qarşı aqressiya və qərəz nümayiş etdirən ATƏT-in seçki hesabatlarına qarşı açıqlamasında bildirib.
H.Hacıyev qeyd edib ki, hər bir işdə nöqsanlar ola bilər. Amma bu, nəticə etibarilə bütün prosesin, iştirakçıların fəaliyyətinin qaralanmasına, kölgəyə salınaraq aşağılanmasına əsas verə bilməz. Onun fikrincə, parlament seçkilərinə də bu kontekstdə yanaşılmalıdır.
Partiya sədri qeyd etdiyi kimi, seçki ilə bağlı əsas narazılıqları daha çox 13 namizəddən yalnız 3 nəfərinin qeydə alınıb seçkiyə qatılması ilə bağlı olub. Sədr bildirib ki, seçkidən sonra prosesi təhlil edərkən həm öz namizədlərinin işə səthi yanaşdığı, eləcə də yerlərdəki bəzi savadsız MSK üzvlərinin səhlənkarlığı ilə bağlı bəzi nüanslar ortaya çıxıb. Onun fikrincə, bir çox hallarda bəzi dairələrdə demokratik seçkilərə kölgə salınması cəhdləri də olub:
“Ona görə də bir partiyanın nümayəndələrinin parlamentə seçilməməyi, bu seçkinin qeyri-demokratik keçdiyini söyləməyə əsas ola bilməz. Təhlilər göstərir ki, yerlərdə seçkilər demokratik keçdiyi üçün ciddi narazılıq yaradan hallar baş verməyib. Seçkilərə qatılan namizədlərə qarşı hakimiyyət dairələri tərəfindən heç bir təzyiq göstərilməyib. Əgər partiyamızın namizədləri istənilən səsi toplayıb parlamentə düşə bilməyibsə, təbii ki, bunun bir tərəfi də işin düzgün qurulmamasıdır. Azərbaycanda demokratiyanın daha da inkişaf etdirilməsi istiqamətində partiyamızın da üzərinə ciddi işlər düşür və bu istiqamətdə fəaliyyətimizi genişləndirməliyik”.
H.Hacıyev ATƏT-in Azərbaycanda keçirilən seçkilərlə bağlı hesabatlarını qərəzli hesab edib. Onun sözlərinə görə, illərdir ATƏT-in ölkəmizlə bağlı bu cür hesabatları dəyişmir:
“Torpaqlarımızı işğaldan azad edəndən sonra ölkəmizə qarşı bu cür təzyiqlər artıb. Azərbaycan ictimai-siyasi camiyəsi, hakimiyyətin bəzi idarəedici orqanları bu cür təşkilatların əlinə yersiz bəhanə verməməlidir. Çünki adi bir səhlənkarlığımız qərəz güdən xarici dövlətlərin əlində bayraq olur. Fransa, ABŞ Azərbaycana qarşı ideoloji hücumlarına güc qatmaq üçün hər zaman seçkidən istifadə edərək insan haqlarının, demokratiyanın pozulduğunu iddia edir. Amma ATƏT bu dəfə real hesabat hazırlayıb seçkilərlə bağlı demokratik tələblərin pozulmadığını bəyan edə bilərdi. Bir-iki nəfərə görə seçilən deputatların hamısına qara yaxmaq olmaz. Azərbaycan parlamentinə yüksək erudisiyaya malik şəxslər - iqtisadçılar, alimlər, ziyalılar seçilib. Təbii ki, siyasi partiyalar bu seçki prosesinin getdikcə daha mükəmməl olması üçün özünün fəaliyəyətini artırmalıdr”.
PƏRİ
Versus.az
Xəbər lenti
Taksilərlə bağlı YENİLİK
İstədiyi yerdə saxlayır, hardan gəldi dönür, cərimələnmir...