Nəqliyyatda inqilab

19:22 16-09-2024 | icon 347 | Sosial
Nəqliyyatda inqilab

"Tesla" innovativ ELEKTRİKLİ QATARINI təqdim edir

 

Elektrikli nəqliyyat vasitələri sahəsində innovativ həlləri ilə tanınan "Tesla" şirkəti bir daha dünyanı təəccübləndirib. Bu dəfə elektromobil istehsalçısı Berlindəki (Almaniya) "Gigafactory" zavodunun ərazisində yerləşən "Erkner" stansiyası ilə yeni "Tesla Süd" stansiyası arasında hərəkət edəcək unikal "Giga Train" elektrik qatarını istismara verib.

 

Bu barədə "Tarantas news" xəbər yayıb. Bildirilir ki, "Giga Train"in əsas vəzifəsi "Tesla" zavodunun işçilərini daşımaqdır. Gözlənilir ki, o, gündə təxminən 4 500 nəfəri işə və geri daşıyacaq. Bu, təkcə işçilər üçün rahat və ekoloji cəhətdən təmiz nəqliyyatı təmin etməyəcək, həm də zavodun dayanacaqları və yerli yollardakı yükü azaldacaq. Qatar 120 oturacaq yerinə malikdir və bir səfərdə 500-ə qədər sərnişin daşıya bilir.

 

"Giga Train" "Toshiba" istehsalı olan litium-titan oksid batareyaları ilə təchiz edilib ki, bu da ona elektrikləşdirilmiş yollardan enerji almadan yalnız elektrik enerjisi ilə 120 km-ə qədər məsafə qət etməyə imkan verir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ