Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Bu gün Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti "Wildberries"in Moskvadakı "Romanov Dvoru" biznes mərkəzində yerləşən baş ofisində atışma olub. Şirkətin qurucusu Tatyana Bakalçukun əri Vladislav Bakalçuk binaya soxulmağa cəhd edib.
Bu barədə TASS xəbər verib. Şahidlərin məlumatına görə, Vladislav Bakalçuka girişə icazə verilmədikdən sonra münaqişə başlayıb və atəş səsləri eşidilib. Atışma nəticəsində üç nəfər odlu silahdan yaralanıb.
Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları gəliblər. Yaralılar xəstəxanaya yerləşdirilib, ofis işçiləri isə təxliyə ediliblər.
"RİA Novosti"nin xəbərinə görə, "Wildberries" ofisində baş verən atışmada yaralanan şəxslərdən daha biri həlak olub.
Bildirilir ki, o, ayağından və belindən yaralanmışdı. Mühafizəçi Moskva xəstəxanalarından birinə çatdırılsa da əməliyyat otağında vəfat edib.
Qeyd edək ki, bundan əvvəl həyatını itirən şəxs də şirkətin mühafizəçisi olub. Beləliklə, ölənlərin sayı iki nəfərə çatıb.
Xəbər lenti
Taksilərlə bağlı YENİLİK
İstədiyi yerdə saxlayır, hardan gəldi dönür, cərimələnmir...