“Erməni genosidi ətrafında təbliğat gücləndirilməldir”

19:31 19-09-2024 | icon 32 | Cəmiyyət
“Erməni genosidi ətrafında təbliğat gücləndirilməldir”

Qasım Hacıyev: "Ermənilər bu faktı gizlədə bilməz"


"İmperialist siyasətin və erməni vandallığı nəticəsində öz yurdundan deportasiya olunan, soyqırımlara məruz qalan, qaçqın düşən minlərlə azərbaycanlının haqqıdır ki, "Mən Qərbi Azərbaycanlıyam" tarixi həqiqətini dünyaya bəyan etsin və öz haqqını tələb, bərpa eləsin. Çünki Qərbi Azərbaycan bütöv Azərbaycanın bir hissəsidir".

 

Versus.Az xəbər verir ki, bunu tarixçi alim Qasım Hacıyev Qərbi Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını, toponimlərinin qayıdışımız kontekstində təbliği, öyrənilməsi və dünya ictimaiyyətinə bir Azərbaycan yurdu olaraq təqdim olunması prosesində cızılmalı olan yol xəritəsi ilə bağlı açıqlamasında qeyd edib.

 

Q.Hacıyev rəsmi mənbələrə, aparılan tədqiqatlara əsasən indiki Ermənistanın yerləşdiyi ərazinin Qərbi Azərbaycanın bir hissəsi olduğunu və bütövlükdə 1920-ci ildə qurulan bu dövlətin həmin ərazidə yerləşdiyini deyib. Onun sözlərinə görə, hətta ermənilərin özlərinin apardığı arxeoloji, etnoqrafik tədqiqatlardan çıxan nəticə o ərazilərin heç bir yerində erməni irsi, erməni ədəbiyyaının nümunələrinin olmadığını ortaya çıxarıb:

 

“Qərbi Azərbaycanda erməni yazılı daşlar, yazılı abidələr və yaxud yerüstü abidələr yoxdur. Orada nə varsa hamısının mənşəyi Azərbaycan türk xalqı ilə bağlıdır. Çünki ermənilər o əraziyə sonradan gəliblər. Tarixi faktlar sübut edir ki, Rusiya dövləti qacar İrandan 40 min, Osmanlı Türkiyəsindən 90 min ermənini köçürdərək Azərbaycan ərazilərində yerləşdirib. Onların xeyli hissəsi indiki Ermənistan ərazisində -Qərbi Azərbaycan torpaqlarında, bir hissəsi Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilib. O yerlərə yerləşdiriləndən sonra ermənilərin yerli mədəniyyətə, ərazilərə sahib çıxma prosesi başlanıb. 19-cu əsrin sonlarında o yerlərə tökülmüş ermənilər partiyalar yaradıb, Azərbaycan ərazilərindəki mədəni irsi məhv edib, pozub, erməniləşdirmək siyasəti ilə saxta tədqiqat işləri də aparıblar. Patkanovun, Şahnazaryanın bünövrəsini qoyduğu və milletaristlərdən götürdüyü ənənəni davam etdirərək Azərbaycan türklərinə məxsus ərazilərin tarixini yeni saxta yazılarla dəyişərək o yerləri erməni vətəni kimi təqdim etmək üçün cəhdlər göstəriblər. Həmin ərazilərdə öz dövlətlərini qurduqdan sonra Azərbaycan ərazisində ermənilərə görə "Dağlıq Qarabağ Muxtar Vilayəti" yaradıblar. Beləliklə Azərbaycan torpaqlarında bir Ermənistan dövləti, bir də muxtar qurum yaradılıb. Bundan da dəhşətlisi odur ki, ermənilər Cənubi Qafqaz ərazisində qonşu dövlətlər və xalqlarla dinc yaşamaq əvəzinə hər birinə aqressiv münasibət göstərib, əhalisini dəfələrlə o ərazilərdən deportasiya edib və onların yaratmış olduğu mədəni irsi tamamilə məhv edib. Təkcə 1935-ci ildən 55 ci ilə qədər olan müddət ərzində ermənilər rəsmi olaraq iki mindən artıq toponimi erməniləşdiriblər. Bununla bağlı qeyri-rəsmi olan faktlar da var. Amma bununla da erməni isrsini yaradaraq üzərində Azərbaycan türk irsini tamamilə məhv edə bilməyiblər. Qərbi Azərbaycanda mövcud olan abidələr - məscid, türbə, ziyarətgahlar qəbiristanlıqların şəkilləri durur və bu barədə təqdiqatlar aparılıb, yazılar yazılıb. Ermənilər bu faktı gizlədə bilməz".

 

Q.Hacıyev bu gün Qərbi Azərbaycanlıların geriyə qayıdışı məsələsinin gündəmə gəldiyi bir vaxtda bu faktların ortaya qoyularaq ermənilərin gözünə soxulmasına, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına, görməsinə və qəbul etməsinə ehtiyac və zərurət yarandığını qeyd edib. Onun sözlərinə görə, dünya ictimaiyyətinə başa salınmalıdır ki, ermənilər təkcə Azərbaycan türklərinə, xalqına qarşı hərbi, etnik təmizləmə aparmayıb, eyni zamanda mədəni isrisnə qarşı da genosit törədiblər. Tarixçi alim hesab edir ki, bütün bunların sübut olunması üçün ardıcıl şəkildə tədbirlər, konfransalar keçirilməli, yazılar, kitablar, dərsliklər hazırlanmalıdır və hər bir xalqın nümayəndəsi olan gənc nəsl bu dərsliklərlə tədris olunmalı öyrənməlidir:

 

"Hər kəs həqiqətləri bilməlidir. Bilməlidirlər ki, Qərbi Azərbaycan olan indiki Ermənistanın yerləşiyi ərazidəki mədəniyyət, orda yaranan ədəbiyyat nə varsa hamısı Azərbaycan türklərinə məxsusdur. Orda ermənilərə aid heç nə yoxdur, sonradan yaradılmış uydurma tarixdir. Ermənilər Azərbaycan türkünə aid nə abidələr varsa hamısının formasını dəyişiblər. Hətta xristian abidələrini də qriqoriyanlaşdırıblar, dəyişə bilmədiklərini isə tamamilə məhv edib dağıdıblar. Yüzlərlə qoç daşlarını, at heykəllərini, yüzlərlə antik dövrə aid insan fiqurlarını, qəbiristanlıqları, mühüm tarixi əhəmiyyəti olan Xocalı-Gədəbəy mədəniyyətini, Qərbi Azərbayacanın öz ərazisində qədim arxeoloji abidələri də dağıdıbar. Bu tarix və mədəniyyət abidələrinə olan qəsddir, genosiddir ki, illərdir ki, ermənilər bu vəhşilikləri törədirlər. sovet hakimiyyətində gizli şəkildə etdikləri bu vandalizmi sonrakı dövrlərdə açıq-aşkar heç nədən çəkinmədən dövlət səviyəsində həyata keçiriblər".

 

Q.Hacıyev bu və ya digər faktlar əsasında Ermənistanın Cənubi Qafqazda yaradılan bir separatçı dövlət olduğunu qeyd edib. O, ermənilərin nə Gürcüstana, nə Azərbayacana, nə də regionun digər dövlətlərinə, dövlət xalq baxımından rəğbətlə yanaşmadıqlarını, başqa ərazilərə iddia edib münaqişlər yaratdıqlarını, müahüribəlrə səbəb olduqlarını deyib. Bu mənada tarixçi alim hesab edir ki, Qərbi Azərbaycanın tarixi və ona yönələn erməni genosidi ətrafında təbliğat gücləndirilməldir. Ermənilər bu qədər mənfur hərəkətlərindən sonra yenə də orada olan mədəni irsi, mədəni abidələri də dağıdıb məhv edirlər:

 

“Ona görə də təbliğat gücləndirməlidr. ermənilər bu qədər vəhşilikdən sonra yenə də yeni çağırışlar, yeni təhdidlər edirlər. Bunlar nəyə arxayın olub belə qammazlıqdan gəlir, regionda qədim olan nə varsa ona sahib çıxmağa çalışır, cəfəng ideologiya yaradıb müharibələrə səbəb olurlar. Bu ziyansız başa gəlmir. Ermənilər Cənubi Qafqaz xalqlarını dinc yaşamağa imkan vermir. Nə qədər yersiz, ədalətsiz müharibə aparmaq olar. Ermənistanın öz ərazilərində başqa bir millətin nümayəndəsi yoxdur. 99 faiz ermənilərdən ibarət olan respublikanın mənəviyyatından nə gözləmək olar. Qərbi Azərbaycada ərazi, ədəbiyyatın məhv olunması, saxtalaşdırılması baxımından mədəni irsimizə qəsd edən, yeri gəldi- gəlmədi aşıq sənətinə, folklorumuza, dastanlarımıza şərik çıxmağa çəhd edərək oturduğu yeri murdarlayan erməni öz xislətindən əl çəkmir. Budur ermənilik".

 

Q.Hacıyev hesab edir ki, bunlara ən yaxşı cavab nə danışmalarından asılı olmayaraq Azərbaycan-türk xalqının öz torpaqlarına qayıtmaq haqqında kəskin çıxışlar etməsidir:

 

“Onlara xəbərdarlıq edilməlidir ki, o torpaqlar sizin deyil. Sülh müqaviləsindən sonra hər şey su üzünə çıxacaq və günahkarlar qaçıb gizlənməyə yer axtaracaqlar. Ona görə narahatdırlar və Azərbaycan dövləti ilə sülh müqavilsəinin imzalanmasına imkan vermirlər. Bütün bunlar deyilməlidirki. Nəhayət reallığı başa düşsünlər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?