Məşhur səyahətçilər Sea Breeze-də

13:32 19-09-2024 | icon 60 | Cəmiyyət
Məşhur səyahətçilər Sea Breeze-də

Dünya şöhrətli səyahətçilər Karl Buşbi və Anjela Maksvell Xəzər dənizini keçərək Qazaxıstandan Azərbaycana gəliblər.

 

Versus.Az xəbər verir ki, Azərbaycana çatmaq üçün onlar 32 gün ərzində 288 kilometri üzərək keçiblər.

 

Carl Buşbi 1998-ci ildə başlayan və bu günə qədər dünyanı piyada dövrə vurması ilə məşhurlaşan keçmiş hava desantıdır. O, ilk dəfə Berinq boğazını buz üzərində piyada və heç bir nəqliyyat vasitəsi olmadan üzərək keçib.
Anjela Maksvell isə 10 il ərzində 22 000 mildən çox yol qət edib və dörd qitəni gəzib.

 

Onlarla birlikdə bu dəniz yolunu iki gənc üzgüçümüz - 15 qat respublika çempionları Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov qət ediblər.

 

Sea Breeze kurort kompleksində səyahətçiləri gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Üzgüçülük Federasiyasının nümayəndələri qarşılayıblar. Səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası şirkətinin dəstəyi və təşkilatçılığı ilə baş tutub.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?