Sonsuzluğun müalicəsində YENİ ÜSUL

08:41 19-09-2024 | icon 440 | Sağlamlıq
Sonsuzluğun müalicəsində YENİ ÜSUL

Kumamoto Universitetinin alimləri aşkar ediblər ki, uşaqlıqdakı prostaqlandin reseptorları (yağa bənzər aktiv maddələr) endometrium hüceyrələrinin hamiləliyə hazırlanmasını sürətləndirir.

 

Gazeta.ru yazır ki, prostaqlandinlər orqanizmin zədələnmələrə reaksiya verməsinə kömək edən, qızdırma və ağrı yaradan lipid aktiv maddələrdir. Onlar, həmçinin doğuşun stimullaşdırılması kimi reproduktiv proseslər üçün də vacibdir.

 

Alimlər müəyyən ediblər ki, hamiləliyin erkən mərhələlərində uşaqlıqda istehsal olunan iki növ prostaqlandin (PGD2 və PGE2) müəyyən reseptorları (DP və EP4) aktivləşdirir və embrionun implantasiyasını dəstəkləyən toxumanın formalaşmasına kömək edir. İmplantasiya embrionun uşaqlığın selikli qişasına "bitişməsi" prosesidir. Bundan sonra hamiləlik baş verir və rüşeym yumurtası inkişaf etməyə başlayır.

 

Komanda müəyyən edib ki, DP və EP4 reseptorlarının stimullaşdırılması desidualizasiyanı gücləndirir. Bu, hamiləliyə hazırlıq zamanı və hamiləlik dövründə endometrium hüceyrələrində (uşaqlıq cisminin daxili selikli qişası) əhəmiyyətli dəyişikliklərə səbəb olan prosesdir. Bu, embrionun daha yaxşı implantasiya olunmasına kömək edir. PGD2-DP və PGE2-EP4 reseptorları bir-birinin funksiyalarını kompensasiya edir və hamiləliyin başlanğıcına səmərəli şəkildə yardım edir.

 

Alimlər vurğulayıblar ki, onların kəşfi implantasiya problemləri səbəbindən sonsuzluqdan əziyyət çəkən qadınlara kömək edə bilər. Bu maneəni aradan qaldırmaq üçün DP/EP4 aqonistləri adlanan preparatlardan istifadə etmək olar. Həmçinin uşaqlıqdakı prostaqlandin reseptorları (yağa bənzər aktiv maddələr) endometrium hüceyrələrinin hamiləliyə hazırlanmasını sürətləndirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ