“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

21:11 13-09-2024 | icon 428 | Siyasət
“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

Nəsib Məhəməliyev: “Ölkəmiz əleyhinə informasiya müharibəsi davam edir

 

“Qərbin Azərbaycana təzyiqlərinin iki səbəbi var: birinci səbəb Azərbaycanın öz torpaqlarını kimsədən icazə almadan azad etməsidir. İkinci səbəb isə geosiyasi faktorlarla, konkret olaraq, Cənubi Qafqaz regionuna, regiondan keçən nəqliyyat dəhlizlərinə nəzarətlə bağlıdır”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Nəsib Məhəmməliyev Avropa Şurasından, Qərbdən Azərbaycana yönələn təzyiq və təsirlərlə bağlı açıqlamasında bildirib.

 

N.Məhəmməliyev bildirib ki, müharibədən sonra baş verənlər, Fransa, Niderland kimi dövlətlərin, Avropa parlamentinin, AŞ PA-nın qəbul etdikləri qətnamələr bir daha göstərdi ki, Ermənistanın məğlubiyyətini,  şəxsi faciələri kimi qəbul edən bəzi Qərb dairələri Azərbaycanın tarixi qələbəsini həzm edə bilmirlər. İşğal dövründə, sülh danışıqları adı altlnda, imitasiya ilə məşğul olanların əlindən təzyiq vasitələri çıxmaqdadır.

 

N.Məhəməliyev geosiyasi faktorlar fonunda Azərbaycana qarşı yönələn qərəzin digər məqamlarına diqqət çəkib:

 

“Rusiya-Ukrayna müharibəsi fonunda, birincinin mövqeyinin zəifləməsindən istifadə edən qüvvələr, bölgəyə daxil olmağa çalışırlar. Tarixən olduğu kimi, ağalarına xəyanət edən ermənilər bu dəfə də Rusiyanı Qərblə əvəzləməyə çalışır. Etiraf etmək lazımdır ki, qismən buna nail olub. Artıq Ermənistanda ABŞ hərbçiləri təlimlər keçir, Fransa, Hindistan, İran kimi dövlətlər tərəfindən silahlandırılır. Bu da o deməkdir ki, regionda dayanıqlı sülhün əldə olunması qlobal güclərin maraq dairəsində deyil. Bölgədə idarə olunan gərginlik saxlanılmalı və yeri gəldikdə opponentlərə qarşı istifadə olunmalıdır”.

 

Almaniyalı deputat Şvabeyə gəldikdə isə, N.Məhəməliyev onun sadəcə icraçı olduğunu vurğulayıb:

 

“Şvabe ona nə tapşırırlar, onu da yerinə yetirir. Şvabe olmasa, başqası olacaqdı. Şvabenin səmimiyyətinə o zaman inanmaq olardı ki, 1 milyon azərbaycanlı qaçqınların, məcburi köçkünlərin, erməni vandalları tərəfindən, yerlə yeksan olunan şəhərlərin, kəndlərin problemlərini qaldırardı. Azərbaycan hökumətinə bəllidir ki, Şvabe və onun kimilər nəyə xidmət edir. Bu yaxınlarda qatı ermənipərəst amerikalı senator Bob Menendesin, Avropa parlamentinin üzvlərinin həbsi göstərdi ki, ölkəmiz əleyhinə informasiya müharibəsi davam edir. Erməni diasporasına satılmış siyasətçilərin, mətbuat işçilərinin sayı durmadan artır. Biz buna hazır olmalıyıq. Hər bir vətəndaşımız anlamalıdır ki, istənilən bəyanatın, qərəzli fikirlərin arxasında məkrli niyyətlər durur. Dostlarımızı çıxmaq şərtilə müasir dünyada güclü, inkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir. Ona görə də daha da güclənməli, milli birliyimizi qorumalı, xarici qüvvələrin təsiri altına düşməməliyik”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ