"Toyota Prius" Ginnesin Rekordlar Kitabında
"Toyota Prius" ABŞ-nin bir sahilindən digər sahilinə səyahət zamanı ən az yanacaq sərf edən hibrid avtomobil kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
championat.com yazır ki, avtomobili 5168.7 kilometrlik marşrutla Los-Ancelesdən Nyu-Yorka gedən amerikalı Ueyn Qerdes idarə edib. Məsafə üzrə orta yanacaq sərfiyyatı 100 kilometrə 2.525 litr təşkil edib.
"Belə bir rekordu vurmaq üçün plan lazımdır. Sadəcə sükan arxasına keçib maşın sürmək olmaz. Eyni zamanda, tez işləməyi bacarmalısınız, vəziyyət dəyişərsə, başqa plana keçməli və marşrutu dəyişməlisiniz" , - Qerdes qeyd edib.
Xəbər lenti
Taksilərlə bağlı YENİLİK
İstədiyi yerdə saxlayır, hardan gəldi dönür, cərimələnmir...