Azərbaycana qarşı psixoloji və diplomatik təzyiqlərə CƏHD

21:15 12-09-2024 | icon 343 | Siyasət
Azərbaycana qarşı psixoloji və diplomatik təzyiqlərə CƏHD

Vüqar Dadaşov: “AŞPA qaydalarını pozaraq Azərbaycanın səsvermə hüququnu məhdudlaşdırıbsa…”

 

“AŞPA-nın qəbul etdiyi qərar və qətnamələrin hüquqi qüvvəsi yoxdur və ancaq tövsiyə xarakterlidir. Bu, AŞPA-nın qəbul etdiyi sənədlərdən Azərbaycana qarşı psixaloji və diplomatik təzyiq vasitəsi kimi istifadə cəhdləridir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi təhlilçi Vüqar Dadaşov AŞPA deputatı Frenk Şvabbenin Azərbaycana qarşı qərəzli çıxışları ilə bağlı açıqlamasında bildirib.

 

V.Dadaşov bildirib ki, Almaniyanın Sosial Demokratlar Partiyasından AŞPA-dakı nümayəndə heyətinin üzvü Frank Şvabenin həyat bioqrafiyası, onun türk, Azərbaycan etnosuna qarşı nifrətinin izahıdır:

 

“Almaniyada altı milyona yaxın türk var və Frank Şvabeyə bütün uşaqlıq və gənclik illərini türklərin təsiri altında keçirib və onun Azərbaycan türk etnosuna qarşı nifrəti məhz həmin o keçmişin buraxdığı izlərdir”.

 

Ekspert digər vacib məsələ kimi AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı buraxdığı kobud reqlamenti və qayda pozuntusunu vurğulayıb:

 

“AŞPA-nın özünün qəbul etdiyi “Parlament Assambleyasının səlahiyyətləri və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi haqqında” sənəd həmçinin milli nümayəndə heyətlərini AŞPA-da səs vermək, danışmaq və təmsil etmək hüququndan məhrum etməklə onların cəzalandırılmasını qadağan edir. Buna baxmayaraq, AŞPA öz qaydalarını pozaraq Azərbaycanın səsvermə hüququnu məhdudlaşdırıb və təbii ki, Azərbaycan nümayəndə heyətinin də layiqli cavabını - demarşını alıb. Qeyd olunanlardan göründüyü kimi, AŞPA açıq-aşkar Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir və onun hər hansı bir məsələ ilə bağlı, o cümlədən "siyasi məhbus" yanaşması qərəzlidir. Onu müzakirə etmək, özümüzə haqq qazandırmaq doğru deyil”.

 

V.Dadaşov hesab edir ki, AŞPA bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırmaqla, əslində Avropanın maraqlarına xələl gətirdi:

 

“Azərbaycan Qərbə inteqrasiya ilə bağlı fikirlərinə, planlarına korreksiya etməli oldu. Əlbəttə ki, itirən Avropa oldu. Azərbaycan artıq öz suverenliyini bərpa edib, regionun açar dövlətidir, Rusiya və Türkiyə ilə strateji müttəfiqlik anlaşması imzalayıb, güclü iqtisadi-hərbi potensialı var və Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Kimin kimə ehtiyacını qeyd etdiyim məqamlar açıq göstərir”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?