“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

08:22 12-09-2024 | icon 799 | Siyasət
“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Arzuxan Əlizadə: “Şəxsi ambissiyalarını o zaman da nümayiş etdirmişdilər, bu gün də həmin mövqedədirlər”

 

“Milli Şura” adlanan qurum Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı beynəlxalq birliyə müraciət edərək seçkinin nəticələrini tanımamağa çağırıb. Milli Şura Avropa Şurasının və AŞ PA-nın 76 deputatının Azərbaycana girişinə qadağa qoyulduğu seçkilərdə "real müxalifətin qatılmadığı və rəqabətsiz şəraitdə kecirildiyini” iddia edib. Seçki prosesi fonunda Azərbaycana qarşı yönləndirilən bu təzyiq materialları Milli Şuraya nəyi vəd edir?

 

Versus.Az xəbər verir ki,VII çağırış növbədənkənar Parlament seçkilərində iştirak edərək səs qazanan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Milli Şuranın bu davranışını birmənalı qarşılamadığını qeyd edib. Onun sözlərinə görə, "Mİlli Şura" adlanan qurumun beynəlxalq birliyə müraciət edərək  Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini tanımamağa çağırış etməsi dövlətimizə qarşı düşmənçilik və düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

 

A.Əlizadə hesab edir ki, öz ölkəsində hətta qanun pozuntuları olsa da belə bu barədə digər xarici dövlətlərə, təşkilatlara şikayətlər etmək heç bir siyasi təşkilata və onun üzvlərinə başucalığı gətirməyib:

 

“Seçkilərə müxalifətin qatılmadığını deyən həmin qurumun nümayəndələri əslində illər boyu hakimiyyətə gəlmək və özlərini təsdiq etmək əvəzinə müxalifətdə birincilik uğrunda “mübarizə” aparıblar. Və bu mübarizələrində də Azərbaycana qarşı təzyiq etmək istəyən beynəlxalq qüvvələrdən öz istəklərini gerçəkləşdirmək üçün istifadə ediblər. Gücü olan təşkilat seçkilərdə iştirak edib, həmin gücü ortaya qoymalı idi. Boykota çağırış və guya seçkidə fəallığın aşağı olmasının boykota çağırışla əlaqəli olmasını demələri də bunların saxtakarlığından və bütövlükdə proseslərə səthi və qeyri real yanaşmalarından başqa bir şey deyil”.

 

A.Əlizadə AŞPA deputatlarının seçkilərin müşahidəsi ilə bağlı Azərbaycana girişinə qadağa qoyulmasını tam haqlı qərar hesab edib. O xatırldıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra AŞPA Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib, 30 il ərzində üzvü olan təcavüzkar ölkənin, Azərbaycan ərazilərini necə işğal etməsinə göz yumub:

 

“Azərbaycan beynəlxlaq birlik tərəfindən tanınmış ərazilərini azad edəndən sonra Azərbaycana qarşı sanksiya tətbiqi ilə bağlı çağırış oldu və Azərbaycan nümayəndə heyətinin AŞPA-da mandatını təsdiqləməməklə bağlı qərar verildi. Bu təşəbbüslə Azərbaycana qarşı qərəzli mövqedə olan, Azərbaycanın qələbəsini həzm edə bilməyən AŞPA nümayəndələrinin seçkilərdə Azərbaycana girişinə qadağa qoyulması yerində verilən düzgün qərar idi. Bundan sonra bu deputatların Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etməməsindən narahat olub seçkilərin nəticələrini şübhə altına salan bu “Milli Şura” elə həmin təşkilatla həmrəy mövqedə olduğunu ortaya qoymuş oldu. Bu, onların da Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini qəbul etmədikləri anlamına gəlir”.

 

ATƏT-in hesabatında yer alan qərəzli mövqeyə də diqət çəkən A.Əlizadə bildirib ki, bu qurumun torpaqlar işğal altında olduğu dönəmdə də fəaliyətsizliyi göz önündə olub və faktiki olaraq Azərbaycanı mövcud reallıqla barışmağa və işğal altında olan əraziləri Ermənistanın xeyrinə rəsmiləşdirməyə çalışıb:

 

“Biz vaxtilə ATƏT-in fəaliyyətsizliyi ilə bağlı mövqeyimizi ortaya qoyanda özünü əsas müxalifət adlandıran radikal müxalifətin ayrı ayrı nümayəndləri həmin sənədin altına imza atmaqdan çəkindilər. Açıq şəkildə dedilər ki, biz hakimiyyətə gəlməyə hazırlaşırıq və Avropa ilə münasibətləri korlamaq istəmirik. Yəni bunlar milli maraqları deyil, öz şəxsi ambissiyalarını, partiya maraqlarını o zaman da nümayiş etdirmişdilər və bu gün də həmin mövqedən çıxış edərək düşmən dəyirmanına sü tökməkdə davam edirlər. Bu cür mövqe qəbul oluna bilməz və şiddətlə qınayıram”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ