Qadın maşını sındırdı, kişi evi yandırdı

07:50 10-09-2024 | icon 501 | Dünya
Qadın maşını sındırdı, kişi evi yandırdı

Sakaryada ər-arvad arasında dəhşətli dava

 

Türkiyənin Sakarya vilayətində ər-arvad arasında olan dava sosial mediada müzakirə mövzusuna çevrilib. Belə ki, münaqişədən sonra qadın maşına ciddi ziyan vurub, kişi isə evi yandırıb.

 

"Haber Global" yazır ki, tragikomik hadisə Arifiye rayonunda yaşanıb.

 

Bildirilir ki, M.Ö. adlı kişi dostundan maşını əmanət götürüb. Ancaq oğlu maşını gizlincə götürüb və yolda qəzaya düşüb. Evə qayıdanda bunu görən M.Ö ilə ailə üzvləri arasında böyük bir mübahisə yaşanıb. Mübahisənin böyüməsi nəticəsində M.Ö-nün həyat yoldaşı Z.Ö. əlinə aldığı daş və dəyənəklə maşının faralarını, şüşələrini, kapotunu və bamperini sındırıb. Bundan qəzəblənən M.Ö. isə birlikdə yaşadıqları ikimərtəbəli evi od vurub yandırıb.

 

Məlumat alan yanğınsöndürənlər və polis hadisə yerinə gəlib. Yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülsə də, evdə böyük zərər yaranıb.

 

Qəzəbli cütlük ifadələrinin alınması üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırma davam edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ