EMİNdən “Stolko let spustya” - TƏQDİMAT

17:28 10-09-2024 | icon 414 | Şou-biznes
EMİNdən “Stolko let spustya” - TƏQDİMAT

2024-cü ilin yay mövsümünə gözəl və musiqili nöqtə qoyan yeni albomla mövsüm boyu 8-dən çox yeni mahnı buraxmış EMİN pərəstişkarları üçün əsl hədiyyə etmiş oldu.

 

Versus.Az xəbər verir ki, albom parlaq emosiyalar, romantika və zərif hisslərlə zəngindir.

 

https://bnd.lc/stolkoletalbum

 

Trek siyahısına 13 bəstə, o cümlədən “Snişsya” (“Yuxuma gəlirsən”) və “Kamennoe serdtse” (“Daş ürək”) kimi yeni mahnılar daxildir. Albomda yer almış "Okean" və “Davay obnulim” ("Gəl sıfırlayaq") mahnıları dinləyicilər tərəfindən artıq tanınır və  dinlənilir. Alboma həmçinin rus estradasının ulduzları — Stas Mixaylov, Mixail Zadorin, Timur Temirov və Ellai ilə duetlər də daxildir.

 

“Stolko let spustya” (“Çox illər sonra”) adı təsadüfən seçilməyib. Bütün maneələri dəf edən sevgi mövzusuna ithaf olunmuş eyniadlı ballada bu albomun əsas parçasıdır. “Bu yay, həqiqətən, musiqi baxımından olduqca məhsuldar oldu, ona görə də bütün işləri vahid bir zərif və ruhlandırıcı albomda birləşdirmək istədim. Ümid edirəm ki, bu albom sizə xüsusi hisslər yaşamağa kömək edəcək. Bütün mahnı müəlliflərinə, eləcə də duet ortaqlarıma, dostlarıma təşəkkür edirəm”, – deyə EMİN fikirlərini bölüşür.

 

EMİN üçün 2024-cü il yubiley ilidir və bu il ifaçının Müslüm Maqomayevə həsr olunacaq növbəti rusdilli albomunun buraxılması gözlənilir.

 

“Stolko let spustya” (“Çox illər sonra”) albomunda yer almış mahnılar:

 

1 Kamennoe serdtse (Daş ürək)

2 Takaya odna (Təkrarsız)

3 Okean

4 Stolko let spustya (Çox illər sonra)

5 Odnajdı (Bir vaxtlar) / Ellai

6 Snişsya (Yuxuma gəlirsən)

7 Davay obnulim (Gəl sıfırlayaq)

8 Kak tı (Necəsən)

9 Radom s ney (Onun yanında) / Timur Temirov

10 Tı moya (Sən mənimsən)

11 Skolko (Nə qədər) / Stas Mixaylov

12 Mne vse ravno (Mənim üçün fərqi yoxdur)

13 Şaxmatı (Şahmat) / Mixail Zadorin

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək