Erlinq Holand ilkə imza atdı
Ötən gün İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutan "Vest Hem" - "Mançester Siti" qarşılaşmasında qonaqlar 1:3 hesabı ilə qalib gəliblər.
Championat.com yazır ki, "Mançester Siti"nin ulduzu norveçli hücumçu Erlinq Holand bu görüşdə üç qol vuraraq, 21-ci əsr Premyer Liqa tarixində komandanın ilk üç start matçında iki het-trik edən ilk futbolçu olub.
Haaland əvvəlki het-trikini bir tur əvvəl edib. Norveçli "İpsviç"in qapısına üç dəqiq zərbə endirib və matç 4:1 hesabı ilə "Mançester Siti"nin xeyrinə başa çatıb. Qeyd edək ki, Premyer Liqanın ilk üç oyununda iki het-trik edən ilk oyunçu 1994/1995 mövsümündə "Bredford"lu Paul Cuell olub.
Xatırladaq ki, Holand 2022-ci ildən "Mançester Siti"də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Norveçli "şəhərlilər"in heyətində bütün yarışlarda 102 matçda iştirak edib, 97 qol vurub və 14 məhsuldar ötürmə edib.
Xəbər lenti
Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
Sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşüb