Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

09:23 07-09-2024 | icon 567 | Sağlamlıq
Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Hebey Universitetinin (Çin) alimlərindən ibarət elmi qrup kəpəyə səbəb olan "Malassezia globosa" göbələklərinin siçanlarda vəzi xərçəngi şişlərinin böyüməsini sürətləndirə biləcəyini müəyyən ediblər.

 

Gazeta.ru yazır ki, "Malassezia" cinsinə aid göbələklər insan və heyvanların dəri mikroflorasının şərti patogen sakinləridir.

Ümumi immunitetin azalması və piy vəzilərinin fizioloji xüsusiyyətlərinin dəyişməsi halında onlar kəpək kimi dəri xəstəliklərinə səbəb ola bilərlər.

 

"Malassezia globosa" göbələklərinin əlavə patogen xüsusiyyətlərini müəyyən etmək üçün alimlər onları süd vəzi xərçəngi olan bir qrup siçanın şişlərinə yeridiblər. Nəticələr göstərib ki, bu zaman şişlərin böyümə sürəti artıb.

 

Tədqiqatçıların sözlərinə görə, bəzi hallarda bu göbələklər özləri döş vəzisinin yağla zəngin toxumasına daxil ola və xərçəngin inkişafına səbəb ola bilərlər. Bununla belə, bu cür təhlükəli təsirin əsasında duran mexanizmlər hələ də aydın deyil. Alimlər ehtimal edirlər ki, "Malassezia globosa"nın fəaliyyəti nəticəsində hüceyrələrə zərər verən və ya orqanizmin xərçəngə qarşı müdafiəsini zəiflədən zərərli yan məhsullar əmələ gəlir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ