Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

09:22 22-07-2024 | icon 706 | KİV
Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

Bu gün Azərbaycan mediası 149 yaşını qeyd edərkən, həm də özünün fəaliyyətini, cəmiyyət, dövlət, insan və bəşəriyyt qarşısında vəzifələrini bir daha müasir dünya texnologiyalarının tələblərinə uyğun olaraq götür-qoy edir, etibarlı informasiya qaynağı, güclü mənbə olaraq nüfuzunun artırılması üçün yollar axtarır. Mətbuat ictimai fikri formalaşdıran, düzgün informasiyalarla insanları düzgün istiqamətləndirən bir güc sahibi olaraq öz yerini tutduqca, bu, cəmiyyət, dövlətin inkişafının təzahürü kimi ortaya çıxır.

 

Azərbaycanın bir sıra üzdə olan media mənsubları 149 yaşlı mətbuatımızın dünəni, bu günü və sabahı, perspektivlərinə diqqət çəkiblər.

 

“AXC-Müsavat hakimiyyətinin özündə jurnalistə yazdığı yazını yedirdirdilər”

 

“Səs” Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev bildirib ki, Azərbaycan mediası 149 il yaşayıb, mübarizə aparıb və bu gün dünyanın ən layiqli, ən yaxşı media qrupları sırasında yer alıb.

 

O, mətbuatımızın keçdiyi keçməkeşli, ağır, rəngarəng yola nəzər salan baş redaktor müqayisələr apararaq Azərbaycan mediasının hansı nöqtədən başlayıb, hansı çətin yollarla, hansı yerə qədər gəldiyi tarixin pillələrinə diqqət çəkib:

 

“Tarixə qısa bir ekskursiya etsək görərik ki, 1875-ci ildə Azərbaycanda Həsən bəy Zərdabinin təşəbbüsü ilə yaranan “Əkinçi” bir praşur olaraq maarifləndirici xarakteri daşıyırdı. Bu, siyasi şüurun yetişkənliyi, insanların maarifləndirməsi, ictimai şüurunun yüksəlməsindən xəbər verirdi. O vaxt bütün sahələrdə insanların maarifləndirməsinə ehtiyac var idi. Çar senzurası olsa da Media o dövrdə həmin işi gördü və o dövrün eybəcərliyini tənqid etməyi bacardı. Amma heç vaxt siyasi media ola bilmədi. Ciddi senzuraya baxmayaraq, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hcıbəyli kimi ədiblərin sayəsində Azərbaycan jurnalistikasında, mediasında tənqidi nüanslar olub. O vaxtkı ədiblər hakimiyyəti, rejimi yumoristik, felliton, satira dili ilə tənqid ediblər. Bu da bir cəngafərlik idi. Satira jurnalistikanın əsas janrı olaraq bu günə qədər gəlib çıxıb. Azərbayacan mediasının Çar Rusiyasından sonra 18 aylıq dövrü azad cumhuriyyət dövrü kimi fəaliyət göstərib. Azərbaycan mediası tam şəkildə azad fəaliyyət göstərsə də, heç vaxt inkişaf edə bilməyib. Ona görə ki, o dövrün şərtləri, maddi, mənəvi potensialı başqa idi. Ona görə də sovet dönəmin də bir çərçivəsi, kommunist ideologiyası və öz tələbləri var idi. Amma yenə də tənqidçi jurnalistika inkişaf eləmidşi, tənqid etməyi bacarmışdı. Mətbuatımız bir başa SSRİ nin rəhbərliyini tənqid etməsə də, yerlərdə çatışmazlıqları qaldırıb yaza bilir, araşdıra bilirdi. Sonrakı dövrlərdə yeni bir era başladı: müstəqil Azərbaycan müstəqil konstitusiya, müstəqil dövlət və müstəqil media. Həmin keçid mərhələsində, yəni sovet sisteminin dağılamsı, yeni dövlətin qurulması, müstəqilliyin qazanılması və yeni formasiyanın yaradılması özü ilə problemlər də gətirmişdi. Media azadlığa doğru gedirdi, amma digər tərəfdən medianın qarşısında başqa maneələr də var idi. Istər Vəzirov, Mütəllibov hakimiyəti, istərsə də özünü ən demokratik adlandıran Elçibəy hakimiyyəti dövründə də mediaya qarşı təzyiqlər var idi. Təkcə AXC-Müsavat hakimiyyətinin özündə jurnalistə yazdığı yazını yedirdirdilər. Yəni, cəbhə hakimiyyəti dövründə nazirlər hücum edib jurnalisti canlı efirdə belə döyürdülər. Azərbaycan mediası bu günləri keçdi. Bu gün şükürlər olsun ki, artıq demokratik, azad mediadan danışırıq”.

 

B.Quliyev məhz 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ulu öndərin xarakterinə uyğun bir medianın formalaşdığını qeyd edib. O, vurğulayıb ki, azad fikirli, azad təfəkkürlü Heydər Əliyev Azərbycan vətəndaşını necə müstəqil, azad görmək istəyidisə, necə bir vətəndaş cəmiyyəti, hüququ dövlət formlaşdrmaq istyəirdisə, elə bir media formalaşdırdı:

 

“SSRİ dövründən qalmış senzuranın qalıqlarını 1998-ci ildə ləğv etdi. Medianın Qanuni bazası gücləndi. Və Konstitusiyanın özündə media ilə bağlı ciddi adımlar atıldı. Ümumi baza formalaşandan sonra Azərbaycan medaisı müstəqil dövlətin mediası kimi fəaliyyətə başladı. Azad, güclü, problemləri aça bilən araşdırmaçı, bütün janrları əhatə edən media formalaşdı”.

 

Baş redaktor sonrakı dövrlərdə dünyanın artıq yazılı medianın yox, internet, sosial medianın üzərində davam etdiyini qeyd edib. O, bildirib ki, artıq dünya balaca bir monitorda cəmlənib, artıq vahid platformadan çıxış edə, eyni dldə danışmağı bacarır. Bu mənada hesab edir ki, bu gün medianın qarşıda duran tələbləri başqadır:

 

“Azərbyacan mediası dünya mediasına transfer edə bilib. Bu transfer təkcə demokratik baxımdan deyil, mənəvi psixoloji cəhətdən də baş verib. Rəqabətə davamlı Azərbyan mediası formalşıb. Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaranması, ardınca Media İnkişaf Agentliyinin yaranması və sair mühüm addımlar hər biri sırf Azərbaycan mediasının inkişafına hesablanıb. Bunlar Medianın inkişafını dəstəkləyən dövlət layihəsidir ki, bu gün bu funksiyanı Media İnkişaf Agentliyi yerinə yetirir. Bu gün dövlət başçısının istəyinə uyğun olaraq azad, çatışmazlıqarı deyə bilən, yaxşı araşdırmalar aparan, problemlərin həlli yolunda yaxşı təkliflər verən mediamız var”.

 

B.Quliyev hesab edir ki, müstəqil Azərbaycanın mediası 2020-ci ildən sonra xarakter baxımdan da müstəqildir. Ona görə ki, əvvəllər Azərbaycan xalqı özünü müstəqil, suveren saya bilmir, torpaqlarının işğal olunması ilə əzilməsi hissi xalqın xarakterinə hopmuşdu:

 

“2020-ci ildən sonra tam fərqli situasiya yarandı. Azərbaycan vətəndaşı ncə özünü qalib xalqın, dövlətin vətəndaşı kimi hiss edirsə, eləcə də mətbuatımız da özünü qalb dövlətin mediası kimi hiss edir və bütün addımlarında bu nüanslar özünü göstərir. 90-ci illərin əvvələrində bir tərəfdən mediaya, digər tərəfdən dövlətin torpaqlarına basqınlar olurdu. Azrbaycan xalqı, o cümlədən mediası ciddi sarsıntı keçirirdi. Bu gün biz o basqıdan azad olmuşuq. Azad, demokratik fikirli, xarakterli bir media formalaşıb.Bu media bu gün dünyanın ən aprıcı mediaları ilə ayaqlaşa bilər. Bugünkü Azərbaycan mediasını təqdirəlayiq, müstəqil dövətin layiqli profesional mediası kimi qiymətləndirə bilərəm”.

 

“Ənənəsi, məqsədləri olan bir jurnalistikmız var”

 

Bakı Dövlət Universitetinin jurnalistika fakltəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycan jurnalistikasının tarixi, şərəfli yol keçdiyini deyib. O, ənənəsi, məqsədləri olan bir jurnalistikmızın olduğunu deyib:

 

“Azərbaycan jurnalistikası sözün əsl mənasında keçən əsrin əvvəllərində olduqca vacib bir missiyanı üzərinə götrüb. O missiyanı daşıyanlar xalqın maariflənməsi, qəflət yuxusundan oyanması, cəhalət və qaraguruhu dağıtmaqdan başqa, eyni zamanda dövlətçilik ənənələrimizin formalaşması, milli ideologiyamızın qoqrunması məsəlsində də ciddi rol oynadılar. Təsadüfi deyil ki, hətta sovet dönəmində də Azərbaycan mediası özünün milliliyi ilə seçildi. Öz ənənələrini qoruyub saxlaya bildi. O yolu şərəflə davam etdi. Bu gün də Azərbaycan jurnalistikası sözün həqiqi mənada öz qarşısında olan o vəzifələri, cəmiyyət qarşısında daşımalı olan məsuliyyət hissindən irəli gələn öhtəliklərini layiqincə yerinə yetirir. Biz hər zaman bunun şahidi olduq”.



V.Zifəroğlu Azərbaycan II dəfə müstəqillik əldə etdikdən sonra da Azərbaycan mediasının o proseslərin önendə olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Milli Mediası maariflənmə, obyektiv gerçəkliklərin ortaya qoyulması məsləsində heç vaxt öz prinsiplərindən kənarda qalmadı, ona xəyanət etmədi:

 

“21-ci əsrin öz gözləntiləri var. Bu gün biz informasiya müharibəsindən, rəqəmsal faşizmdən, irqçilikdən, rəqəmsal diplomatiyadan, süni intellektin jurnalistikaya təsirindən danışırıq. Bütün bu məqamlar müasir dövrün tələblərinə uyğun olaraq bizi məcbur edir ki, bu yeniliklərlə ayaqlaşaq. İnanıram ki, Azərbaycan jurnalistikası məhz klassik ənənələrini yaşatmaqla, müasir dövrün tələblərinə də cavab verəcək”
V.Zifəroğlu jurnalistikamızın daim tənqid hədəfində olması ilə bağlı bəzi məqamlara da diqqət çəkib. Onun fikrincə, bu, jurnalistikanın üzdə, göz qabağında, eyni zamanda ümumi, ictimai olması ilə bağlıdır.

 

O, məhz bu səbəbdən də jurnalistikaya münasibətdə fərqli fikirlərin olmasını məqbul hesab edib. Eyni zamanda bəzən tənqid edən insanların sosial media ilə, peşəkar jurnalistikanı, eləcə də profesionalla, həvəskar jurnalistləri qarışdırdığını deyib. Bildirib ki, bu gün biz bu cizgiləri aydınlaşdırmalıyıq. Və bütün bunlar media savadlılığı məsələsini gündəmə gətirir:

 

“Bu gün cəmiyyət olaraq media savadlılığı məsləsinə önəm verməliyik. Hər kəs bilməlidir ki, sosial media nədir, professional jurnalistka nədir. Yaxud, peşəkər jurnalist kimə deyirlər, əsil xəbər nədir, şaiyə nədir. 21-ci əsrin insanı bilməlidir ki, dezinformasiya nədir, etibarlı qaynaq nədir. Eyni zamanda anlamalıyıq ki, hər KİV kütləvi kommunikasiya vasitəsidir, amma hər kommunikasiya vasitəsi KİV deyil. Biz bu fərqi bilsək, etibarlı şəkildə məlumat almaq istəyiriksə, döydüyümüz qapını düzgün seçəcəyik".

 

V.Zifəroğlu qeyd edib ki, bu gün sosial media peşəkar medianı üstələyib. Çünki auditoriyası genişlənib. Onun fikrincə sadəcə olaraq hüquqi tənzimləmə mexanizmləri işlənməli və digər addımlar atılmalıdır ki, bu məsələlərə də aydınlıq gətirilsin.

 

Digər tərəfdən qeyd edib ki, bizim sosial media ilə rəqabət aparacaq dərdimiz də olmamalıdır. Ona görə ki, biz profesional xəbərin ünvanıyıq:

 

"İnanıram ki, bu gün bu istiqamətdə görülən maarifləndirmə və digər işlər bu məsələlərə zamanla aydınlıq gətirəcək. Yəni mediamızın perspektivi ümidvericidr. Amma bu işdə dayanmaq olmaz. Yolumuzdan sapmamaqla, ənənələrimizi yaşatmaqla yolumuza davam etməliyik”.

 

Eyni zamanda mediamız öz xəttini müəyyənləşdirməli, özünü kənar müdaxilələrdən qorumalıdr.
Bu gün sosial medianın təzyiqjni professional media olaraq üzərimidə hiss edirik. Amma bu əsla bizi öz professional dəyərlərimizdən geriyə addım atmamız üçün əsas deyil. Biz professional medianı hüquqi addımlarla tənzimləyiriksə, bir tərəfədən sosial medianı da tənzimləməliyik. Tənzimləmə mexanizmləri öz yerinə otursa o zaman profesiaonal medianın dəyəri hansı funksiyanı daşıması məsləsi daha aydın görünəcək. bir sözlə, müasir, arzu etdiyimiz media sağlam, aydın təfəkkürlü cəmiyyətin qurulması ilə sıx bağlıdır.


“Mətbuatımız milli dövlət quruculuğu və müstəqillik prosesinin mühüm institutlarından birinə çevrilib”

 

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Milli Mətbuatımız üçün 149 il böyük tarixdir.

 

O, dünyada Azərbaycandan da qədim media tarixinə malik ölkələr olsa da, milli mətbuatın qurulmasında ölkəmizin keçdiyi yolu özünəməxsusluğu ilə seçilən hadisə kimi dəyərləndirib:

 

“Azərbaycan Milli Mətbuatı milli ənənələr üzərində dayanan dövlətçilik sistemində oturuşmuş bir instituta çevrilib. Mətbuatımız 149 il ərzində peşə dəyərlərini milli ənənələr üzərində inkişaf etdirib, təkmilləşdirib. Eyni zamanda milli dövlət quruculuğu və müstəqillik prosesinin mühüm institutlarından birinə çevrilib”.

 

Baş redactor Milli mətbuatımızın dövlətçilik sistemində institutlaşmasını onun gələcək qarantialarından biri hesab edib. Onun fikrincə, bu, mətbuatımızı yad təsirlərə düşməkdən sığortlayır, sabahkı inkişafı üçün yeni istiqamətlər kəsb edir:

 

“Mətbuatımız 149 il ərzində müstəqil, müasir seqmentlər yaradaraq özünü təkmilləşdirib. Bu gün biz çap mətbuatı ilə bərabər onlayın mediadan, audio -viziual media seqmentlərindən danışa bilirik. Bütün bunların təşşəkkül tapmasının kökündə mlli mətbuatımız dayanır. Milli mətbuatımız jurnalist peşəkarlığının, milli jurnalsitlər dəstəsinin yetişməsi prosesində də bir məktəb rolunu oynayır. Bu gün Azərbaycan mediası ictimaiyyətin, medianın, dövlət maraqlarının bir aparada aparılmasında çox vacib funksiyanı yerinə yetirir. Ən qərəzli adamlar belə deyə bilməz ki, Azərbaycan mediası birtərəfli inkişaf edir. Bu doğru olmaz. Milli mətbuatımız mətbuatın, jurnalistikanın maraqlarını uca tutmağı bacarır, eyni zamanda dövlət mənafelərini nəzərə alır, ictimai mənaflərin sarsılmazlığı prinsipi ilə barışır. Bu üç əsas istiqamət aarasında balans yaratmaq 149 illik mətbuatımızın ən yüksək nailiyyəti kimi dəyərləndirilə bilər”.

 

A.Quliyev hesab edir ki, Azərbaycan mətbuatının bundan da güclü mərhələləri olacaq. O, bunu mətbuatımızın indiyə qədər keçmiş olduğu fərqli formasiyalar müstəvisində önə çəkib. Xatırladıb ki, Azərbaycan mətbuatı Çar Rusiyasının, Sovet imperiyasının ideoloji mərhələsini, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixini böyük uğurla adlaya bilib:

 

“Milli Mətbatımız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, separatizm ocağının tam şəkildə məhv edilməsi uğrunda gedən mübarizənin ən fəal subyektlərindn biri olaraq tarix yazıb. Bu mərhələlərin hər birində milli mətbuatımız nəinki öz simasını itirməyib, mərhələdən mərhələyə yeni intişar, təşəkkül formaları, təkmilləşmə xüsusiyyətləri formalaşdırıb. Bütün bu mərhələləri keçdikcə Azərbaycan mətbuatı yeni uğurlar qazanıb. Dinamik inkişafda olduğuna və milli ənənələrə, dövlət, ictimai maraqlara söykəndiyinə görə Azərbaycan mətbuatının gələcəyinə böyük qarantiya var. Bunun əsas yaradıcısı dövlətimizdir. Dövlətlə Azərbaycan mediası bir yerdə olduğu dövrdə bütün ideoloji təxribatlara lazımi səviyyədə cavab veriləcəkdir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK