“Ermənistan növbəti genişmiqyaslı təxribatlara və eskalasiyaya hazırlaşır”

15:00 26-07-2024 | icon 463 | Siyasət
“Ermənistan növbəti genişmiqyaslı təxribatlara və eskalasiyaya hazırlaşır”

Ədalət Verdiyev: Azərbaycanla sərhədin bir və ya iki istiqamətinə qoşun cəmləşdirməsi də gözləniləndir”

 

Qərbin, Avropanın Ermənistanı silahlandırması, verdiyi maliyyələr Ermənistan hakimiyyəti və cəmiyyətini revanşist siyasətlərini davam etdirməyə ilhamlandırır. Üstəlik Avropa İttifaqının “Avropa Sülh Fondu” vasitəsilə Ermənistana 10 milyon avro ayırması Ermənistanın militarizasiya siyasətini azğınlaşdırmaqla müharibəyə həvəsləndiri. Artıq ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin 5 aprel görüşündən sonra işğalçı, separatçı dövlətin ordusu Azərbaycanla sərhəddə müxtəlif çaplı silahlardan istifadə edərək təxribatlar törədir. Mövcud vəziyyət nədən xəbər verir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hərbi ekspert Ədalət Verdiyev Ermənistanın son bir neçə ayda vəziyyəti gərginləşdirmək üçün əlindən gələni etdiyini bildirib. Ekspert qeyd edib ki, Tovuz ərazisində Ermənistan tərəfindən qaldırılan kvadratopterin Azərbaycan ərazilərinin kəşfiyyatını aparmağa, əməliyyatlar zonasında yerləşən atəş vasitələrimizin mövqelərini və kardinatlarını dəqiqləşdirməyə yönəlib ki, bu da ciddi hərbi hazırlıqların getdiyini söyləməyə əsas verir.

 

O, digər bir tərəfdən ABŞ-ın erməni ordusuna hərbi təlimlər keçirməsi fonunda Ermənistanın bir neçə istiqamətdə atəşkəsi pozmasını, eləcə də silahlanma ilə bağlı ardıcıl olaraq 100 milyonluq müqavilələrin bağlanması haqqında Ermənistan hakimiyyətinin yaydığı məlumatları təsadüfi saymayıb:

 

“Ermənistan Avropa İttifaqı, ABŞ-dan gələn maliyyə və silah-sursatla həvəslənərək atəşkəsi pozur və Azərbaycan tarixi torpaqlarından ərazilərimizi atəşə tutur. Bütün bunlar Ermənistanın törətdiyi təxribatların getdikcə artan dinamikasını müşahidə etməyə imkan verir. Böyük ehtimalla Ermənistan növbəti genişmiqyaslı təxribatlara və eskalasiyaya hazırlaşır. Yaxın günlərdə Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinin bir və ya iki istiqamətinə qoşun cəmləşdirilməsi də gözləniləndir. Beləliklə, yaxın perspektivdə Ermənistan silahlı qüvvələri, həm də başqa dövlətlərin təzyiqi altında Azərbaycana qarşı geniş təxribatlar törədəcəyini, eskalasiya yaradacağını ehtimal edərək fəaliyyətimizi buna qarşı yönəltməliyik. Düşmənin cəmləşdiyi müəyyən istiqamətlərdə isə perementiv tədbirlər görə bilərik”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK