“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

09:30 22-07-2024 | icon 384 | Siyasət
“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Azər Badamov: “Bu, Azərbaycan-Pakistan əlaqələrinin inkişafına yeni impuls verir”

 

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan Cənubi Qafqaz və onun hüdudlarıdan kənara-Avropaya, Qərbə, Şərqə - dünyanın bütün qütblərinə çıxışı təmin edən yol xəritəsini təqdim edir. Mövcud geosiyasi reallıqda dünyanın bir sıra qlobal güclərinin regionumuzu özünün təsiri altına salmaq üçün çabaladığı, erməni revanşizmini dirçəltmək, gərginliyi yenidən alovlandırmaq üçün söndürülmüş odun külü ilə oynadığı bir vaxtda, Azərbaycan sülhün, təhlükəsizliyin bərpası, təmin olunması istiqamətində yeni addımlar atır, beynəlxalq platformalarda strateji əməkdaşlıqlar qurmqla dünya ictimaiyyətini maraqlandırmaqda davam edir. Sülhün, dostluq və ikitərəfli, çoxtərəfli iqtisadi, siyasi əməkdaşlıqların dünyanın sivil inkişafında əsas zəmin olduğunu təqdim edən Prezident İlham Əliyevin Pakistana səfəri bu mənada xüsusilə izlənir, dünya üçün bir tarixi hadisə, bir örnək olaraq dəyərləndirilir. Regionda sülhün, təhlükəsizliyin, iqtisadi, mədəni inkişafın bərqərar olmasının işğalçını silahlandırıb gərginliyi alovlandırmaqla deyil, yeni qurulan sivil əməkdaşlıqarla xilas ediləcəyi nümunəsi Pakistan səfərində bir daha dünyaya təqdim edilir. Dünya güclərinin bu nümunədən hansı nəticəni çaxaracağından asılı olmayaraq, proses izlənir, təhlil olunur.

 

Bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Azər Badamov mövcud perspektivlərlə bağlı bir çox nüanslara toxunub.

 

- Prezident İlham Əliyevin Pakistana səfəri, dünyanın diqqətini cəlb edən yüksək qarşılanma iki ölkə arasında inkişaf edən münasibətlərdən xəbər verir?

 

- Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Münasibətlərimiz tarix, mədəniyyət, dostluq və qardaşlığa əsaslanır. 11-12 iyul tarixlərində Prezident İlham Əliyevin Pakistana səfəri də qardaş ölkəyə edilmiş səfəri idi. Səfər dövlət başçımızın qarşılanma mərasimindən başlayaraq başa çatana qədər çox yüksək səviyyədə təşkil olunmuşdu. Dövlət başçımızın şərəfinə havaya qarşılamaq üçün hərbi təyyarələr qaldırıldı. Baş nazir Məhəmməd Şahbaz Şərifin özü hava Limanına dostu və qardaşı Prezident İlham Əliyevi qarşılamağa gəlmişdi. İslmabadın küçələri Azərbaycan və Pakistan bayraqları və dövlət başçımızın şəkilləri ilə bəzədilmişdi. Belə qarşılanma mərasimləri hər bir dövlət başçısının rəsmi səfərlərində təşkil olunmur. Pakistanın dövlət başçımızı yüksək səviyyədə qarşılaması bizim bir-birimizə nə qədər yaxın olduğunu bir daha sübut etdi. Bütün dünya bir daha əmin oludu ki, Azərbaycan və Pakistan hər zaman bir-birinin yanındadırlar. Dövlət başçımızın Pakistana səfəri dünya mediası tərəfindən də geniş işıqlandırıldı. Bu bir daha Prezident İlham Əliyevin Pakistana səfərinin dünya ictimaiyyəti üçün marağından irəli gəlir.

 


- Prezident İlham Əliyevin Pakistana iki günlük rəsmi səfəri strateji münasibətlərdə hansı yeni mərhələnin əsasını qoydu və bu hər iki ölkənin iqtisadi inkişafına hansı töhfələri verəcək?

 

-Prezident İlham Əliyevin Pakistana səfəri iki ölkə arasında münasibətlərinin inkişafında yeni səhifə açır. Dövlətlərimiz arasında Strateji Tərəfdaşlığa dair Bəyannamə imzlanmışdır. O cümlədən iki ölkə arasında əməkdaşlığının əsasını imzalanmış 38 sənədlə hüququ baza yaradılmışdı. Amma Prezident İlham Əliyevin iki günlük səfəri çərçivəsində imzlanamış 15 yeni sənəd ölkələrimiz arası əməkdaşlığı daha da genişləndirilməsinə imkan verəcəkdir. Düzdür, biz dost və qardaş olsaq da ölkələrimiz arası ticarət dövrüyyəsi heç də mövcud potensiala uyğun deyil. Məhz ölkə başçımızın səfəri, imzlanmış yeni sənədlər və hökumətlərarası komisiyanının fəaliyyətinin genişləndirilməsi ölkələrimiz arası ticarət dövrüyyəsinin sıçrayışlı artmasına imkan verəcəkdir.

 

- Məlum olduğu kimi Azərbaycan, Pakistan, Türkiyənin dövlət rəsmiləri Qazağıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvəsində bir araya gəldi. Daha sonra türk dövlətləri Şuşada qeyri-rəsmi sammitdə görüşdülər. Bu görüşlər Pakistan-Azərbaycan arasında iqtisadi, siyasi, təhükəsizlik sahəsində hansı strateji əməkdaşlıq imkanların yaradılmasına imza atmış oldu?

 

-Azərbaycan-Türkiyə-Pakistan ayrılmaz üç qardaşdırlar. Astanada ŞƏT+ çərçivəsində dövlət başçılarımız arasında keçirilmiş üçtərəfli görüş də bir olduğumuzun və bir yerdə müzakirə etməyə çoxlu mövzuların olduğunun göstəricisidir. Üç qardaş simvolu 44 günlük Vətən Müharibəsində bütün dünya tərəfindən tanındı. Türkiyə və Pakistan Azərbaycana öz ərazilərini işağldan azad edilməsində siyasi və mənəvi dəstək verməklə məğlubedilməz yeni bir güc vermiş oldu. Məhz qələbəmizi də üç dövlətin bayraqlarını bir yerdə dalğalandırmaqla ona görə qeyd etdik. Pakistan türk dövləti deyil, amma qəlbən türk dövlətləri ilə bağlıdır. Bu da ümümi gücümüzü artırır. Yəni , Pakistanm nüvə sialhına malik yeganə müsəlman ölkəsidir. Bu ölkənin yanınmızda olması gücümüzü daha da artırır.

 

- Prezidentin Pakistan Səfərinin əsasən iqtisadi mahiyyət daşıdığı qeyd olunur. Məsələyə bu aspektdən diqqət çəksək, hansı qlobal layihələr üzərində birgə əməkdaşlıqlar nəzərdən keçirildi və qarşılıqlı iqtisadi inkişafın təmin edilməsi üçün hansı perspektivləri qeyd etmək olar?

 

- Pakistan əhalisinin sayına görə dünyada 6 -cı yerdədir. Xalqlarımız arasındakı dostluq dövlətlərimizi də daha da yaxınlaşmasını şərtləndirir. Bu baxımdan pakistanlılar Azərbaycanda özlərini çox rahat hiss edirlər. Ölkələrimiz arası iqtisadi əməkdaşlığın genişləndirilməsi də xalqlarımız arasındakı dostluqa söykənməklə qarşılıqlı fayda əsasında inkişaf edir. Bu baxımdan dövlət başçımızın səfəri çərçivəsində müzakirə olunan mövzular arasında İslamabad, Lahor, Kəraçi və Bakı arasında təyyarə uçuşlarının müntəzəm təşkili, Cənub-Şimal nəqliyyat dəhlizi, Ələt Beynəlxalq Ticarət Dəniz Limanı və Orta dəhlizin verdiyi imknalar əsas yer tutur. Ölkəklərimiz hərbi sənaye, mədənçıxarma sənəyesi, bərpaolunan enerji, humanitar və digər sahələr üzrə əməkdaşlığını genişləndirilməsinə hədəflənmişdir. Hesab edirəm ki, əməkdaşlığımızın genişlənməsi ölkələrarası münasibətlri daha da möhkəmləndirəcəkdir.

 

- Azərbaycanın Pakistana milyardlarla dollar sərmayə qoyması nədən xəbər verir və adekvat olaraq Pakistan hansı addımları atacaq?

 

- Dövlət başçımızın Pakistana səfəri çərçivəsində razılaşdırılmış məsələlərdən biri də İslamabadın yenidən qurulmasında ölkəmizin iştirakı ilə bağlıdır. Pakistanlılar İslamabadı Bakı kimi, Şərq və qərbin üslubunu özndə əks etdirməklə yenidən qurularaq müasirləşməsini istəyirlər. Azərbaycan Pakistana 2 milyard dollar sərmayə qoymağını planlaşdırır. Sərmayələrin qoyulması ölkələr arası iqtisadi bağları möhkəmləndirir və bir-birinə daha da yaxınlaşdırır. Məhz milyardalarla dollar sərmayələrin yatırılması həm iqtisadi dividentlər gətirəcək, həm də ümumi gücümüzü artıracaqdır. Pakistanın hərbi sənayesi yaxşı inkiaşf etmişdir. Biz bu sahədə əməkdaşlığımızı genişləndirməklə hərbi gücümüzü artıra biləcəyik. Pakistan işğaldan azad olunmuş ərazilərdə aparılan yenidən qurma və bərpa işlərində iştirak etmək istəyir. O cümlədən Pakistanda yüngül sənaye sahəsi yaxşı inkişaf etmişdir. Bu sahə üzrə də əməkdaşlığlmı genişləndirə bilərik. Həm də istehsal etdiyimiz malları Pakistan bazarına çıxarda bilərik. Bu da qeyri-neft məhsullarımızı üçün yeni bazar deməkdir. Neft-kimya sənayesi üzrə əməkdaşlıq imkanlarımız mövcuddur. Bu və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi ölkələrimzin iqtisadiyyatlarını daha da gücləndirəcəkdir.

 

- Azərbaycan-Pakistan dostluğu, qardaşlığı bu minvalla hansı yol xəritəsi ilə davam edir və bu, bölgəmiz üçün hansı üstünlükləri vəd edir Və beynəlxalq miqyasda necə qarşılanır?

 

- Azərbaycan və Pakistan dostluğu yüz illərlik bir tarixə əsaslanır və bu gün daha da möhkəmlənir. Biz inkiaşf etdikcə bir-birimizə daha da bağlanırıq. Dünyada dövlətlər arasında ziddiyətlər günü-gündən artmaqdadır. Biz Türk dövlətlər birliyi və Pakistan bir yerdə olnmaqla beynəlxalq gücümüzü artırırıq. Bir yerdə olmağımız, beynəlxalq platformalarda eyni mövqedən çıxış etməyimiz düşmənlərimizin bizə qarşı olan çirkin planlarının həyata keçirməsinin qarşısını alır. Yumruğmuzun gücü günü -gündən artır. Dövlət başçımızın Pakistana səfəri Azərbaycan-Pakistan əlaqələrinin inkişafına yeni bir impuls verir vəumruğumuzu daha da güclü edir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK