AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

20:52 22-07-2024 | icon 938 | Gündəm
AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Azərbaycanın milli aviadaşıyıcısı AZAL İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq çərçivəsində Naxçıvana səyahət edən vətəndaşlar üçün yeni imkan təqdim edir.

 

Versus.az xəbər verir ki, AZAL-ın yaydığı məlumata görə, sərnişinlər qurumun Bakıdakı kassalarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək Naxçıvana aviabilet əldə edə bilərlər.

 

Yeni imkan yaxın gələcəkdə AZAL-ın Naxçıvandakı kassalarında da tətbiq olunacaq.

 

Artıq sərnişinlərdən aviabilet alarkən fiziki olaraq şəxsiyyət vəsiqələrini daşımaq tələb olunmur. Şəxsiyyəti təsdiq edən lazımi məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilə bilər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

 

Bu yenilik bilet alışı prosesini asanlaşdıracaq və müasir rəqəmsal dünyada məlumat təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK