Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

08:36 22-07-2024 | icon 389 | Siyasət
Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

Kamilə Əliyeva: "Dünya xalqlarının firavan yaşamasına xidmət edən dövlət siyasətimiz var"

 

"Dünyada keçirilən ən nüfuzlu beynəlxalq tədbirlərə Prezident İlham Əliyevin dəvət edilməsi, dünya liderlərinin prezidentimizin güclü siyasətçi, bacarıqlı diplomat olmasını sübuta yetirir. Prezident İlham Əliyev dövlətimizi, xalqımızı qalib etdiyinə görə də ona dünyanın siyasi elitası böyük hörmət və ehtiram göstərir".

 

Bunu Versus.Az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı, professor Kamilə Əliyeva bildirib.

 

K.Əliyeva qeyd edib ki, ölkə başçısı ərazisi və əhali sayına görə dünyada elə də böyük olmayan Azərbaycanı dünya siyasəti və iqtisadiyatına güclü təsir edə biləcək bir dövlətə çevirdi. Onun sözlərinə görə, Prezidentə olan bu cür yüksək dəyər həm də ondan irəli gəlir ki, Prezidentimiz hər zaman ədalətin yanında olub, beynəlxalq hüququn işləməsinin ən böyük tərəfdarı olub:

 

"18 iyul tarixində Böyük Britaniyanın Oksford şəhərində "Avropa siyasi birliyi"nin 4-cü Zirvə toplantısına cənab İlham Əliyevin dəvət edilməsi və bir çox Avropa ölkələrinin dövlət və hökumət başçılarının Prezidentimizlə görüşə təşəbbüs göstərmələri bu gün Azərbaycanın dünyada nüfuzlu və əhəmiyyətli bir ölkə olmasının sübutudur. Prezident tədbirdəki çıxışı tədbir iştirakçıları ilə yanaşı dünya ictimaiyyəti tərəfindən də çox maraqla qarşılandı. Bu gün Azərbaycan Avropanın xilaskarı rolunda çıxış edir. Avropada baş verən gərgin geosiyasi vəziyyət bir çox Avropa dövlətlərini enerji böhranı ilə üz-üzə qoyub. Avropada enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulur. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum Avropa qaz təchizatçısı adlandırır. Bu günə qədər Azərbaycandan Avropaya ixrac edilən qaz təchizatında bir gün belə fasilə yaranmamışdır. Bu da Azərbaycanın etibarlı tərəfdaş ölkə olmaqla yanaşı məsuliyyətli bir dövlət olmasına sübutdur. Artıq 8 ölkəyə Azərbaycan qaz ixrac edir ki, onların da beşi Avropa İttifaqına üzv olan dövlətlərdir. Yaxın vaxtlarda bu coğrafiya daha da genişlənəcək. 2021-ci ildə Azərbaycandan Avropaya 8 milyard kub metr qaz ixrac edilirdisə artıq bu il 13 milyard kub metrə yaxın olacaq. 2027-ci ilə qədər isə Avropaya qaz ixracı 20 milyard kub metrə çatdırılacaq".

 

K.Əliyeva bildirdi ki, Azərbaycana düşmən siyasəti həyata keçirən bəzi dövlətlər iddia edirdilər ki, güya Azərbaycanda qaz ehtiyatları tükənməkdədir:

 

"Bu gün Azərbaycanda qazla zəngin kifayət qədər yataqlar mövcuddur və yeni yataqlar da istismara veriləcəkdir. Görülən işlər, icra edilən böyük layihələr bu cür qüvvələrə layiqli cavabdır. Yaxın vaxtlarda Azərbaycana düşmən siyasəti yürüdən dövlətlər İlham Əliyev qarşısında aciz olduqlarını anlayacaqlar. Çünki Prezidentimiz bəşəriyyətin gözəl gələcəyinə və dünya xalqlarının firavan yaşamasına xidmət edən siyasət həyata keçirir".

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda