Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

18:27 16-10-2024 | icon 113 | Mədəniyyət
Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan mədəniyyətinin dörd görkəmli nümayəndəsi - memar Mikayıl Useynov, memar Sadıq Dadaşov, sirk və kino aləminin parlaq siması aktyor və rejissor, Azərbaycan əməkdar artisti Ramiz Əliyev, Azərbaycanda ilk qadın qanun ustası, Azərbaycan əməkdar artisti Asya Tağıyevanın şəxsi əşyalarının təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri, muzey əməkdaşları və KİV-lər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan, Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini- baş mühafiz, t.ü.f.d, dosent Məhfuzə Zeynalova muzeyin fondlarına daxil olan şəxsi əşyaların əhəmiyyətindən bəhs edib, həmçinin Azərbaycan mədəniyyətində xüsusi iz qoyan 4 görkəmli nümayəndənin həyat tərzini, mədəni irsini daha dərindən dərk etmək üçün imkan yaratdığını vurğulayıb.

 

Daha sonra çıxış edən memar Elçin Əliyev, kulturoloq, t.e.d Fuad Məmmədov, Azərbaycanın əməkdar jurnalisti Nadejda İsmayılova, “Vətəndaşların Sosial Rifahı Naminə” ictimai birliyin sədri İradə Rzazadə dörd görkəmli nümayəndənin Azərbaycanın mədəni irsinə və inkişafına verdiyi töhfələrdən bəhs ediblər.

 

Sonda Ramiz Əliyev və Asya Tağıyevanın qızı Zülfiyyə Əliyeva çıxış edərək, tədbirin keçirilməsinə görə muzeyin rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürünü bildirib.

 

Qeyd edək ki, sözügedən materillar muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin tərcüməçisi, jurnalist Ayəndə Dadaşovanın vasitəsi ilə muzeyə gətirilib.

 

 

Ayəndə Dadaşova
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi