Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

15:00 11-10-2024 | icon 312 | Siyasət
Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

COP-29 ərəfəsində “sülh müqaviləsi” şousu yaratmağa çalışırlar

 

Ermənistan demək olar ki, hər gün bəyanat verir ki, COP 29-a qədər Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. Ermənistanın imzalamağa hazır olduğu sülh müqaviləsinin mahiyyətinin nə olmasından asılı olmayaraq bu ölkənin sərgilədiyi silahlanma davranışı və ərazi iddiaları əslində sülhə hazır olduğu görüntüsünü yaradaraq başqa niyyətlər güddüyünü açıq şəkildə biruzə veirir.

 

Bütün hallarda Ermənistanın imza atmaq istədiyi sülh müqaviləsinin şərtlərində nələr? Ermənistan müqavilənin COP 29-a qədər imzalanmasına niyə belə israrla yanaşır? Ümumiyyətlə, Ermənistanın təklif etdiyi "sülh layihəsi" harda hazırlanır? Burada Ermənistanı silahlandıran, maliyyə yardımları verən Qərbin, Avropa dövlətlərinin barmağı ola bilərmi və nəyə ümid edirlər?

 

“Ermənistan sülh sazişinə hazır olduğunun görüntüsünü yaratmağa çalışır

 

Politoloq Rəşad Bayramov şərhində bildirib ki, Azərbaycanla-Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı xeyli müddüəaların razılaşdırıldığı deyilsə də, əsas prinsipial məsələlərdə razılığın əldə olunmaması digər razılaşdırılmış məsələləri də faktiki olaraq arxa plana keçirib.

 

Onun sözlərinə görə, bu onunla əlaqədardır ki, mükəmməl səviyyədə hazırlanmış sənəd olsa belə, əgər orada Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən konstitusiya dəyişiklikləri ilə bağlı müddüəa razılıaşdırılmırsa, deməli sülh sazişinin bağlanmasının özü əhəmiyyətini itirir. Çünki Ermənistanda konstitusiya dəyişikliyinin həyata keçirilməsi olmadan imzalanacaq hər hansı bir sənəd növbəti mərhələdə Ermənistan tərəfindən mübahisələndirilə bilər. R.Bayramov bununla bağlı kifayət qədər nümunələrin mövcud olduğunu deyib. O, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair hazırlanan sülh protokolları buna əyani sübutdur:

 

“Ermənistan Konstitusiya Məhkəməsi Türkiyənin tələbi əks olunan pratakolu, yəni Emənistanın  Türkiyəyə qarşı ərazi iddiasından imtina etməsi ilə bağlı məsələni Məhkəmə konstitusiya zidd hesab etdi və nəticədə Ermənistan parlameti tərəfindən ratifikasiya olunmadı. Bir neçə gün əvvəl Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı qəbul olunmuş əsasnamə məlumdur ki, Ermənistan Konstitusiyası Məhkəməsinə göndərilmişdi. Düzdür, məhkəmə orda nəzərədə tutulanların Ermənistanın konstitusiyasına zidd olmadığını, Ermənistanın müstəqlliyi haqqında bəyannamədə nəzrədə tutulan məsələlərin hamısının konstitusiyada tam əks olunmadığı ilə bağlı rəy verərək sənədə müsbət qiymətləndirdi.  Amma elə hakimlər də oldu ki, onlar bundan imtina edib xüsusi  rəylərini qeyd etdilər. Bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin saytında məlumatlar var. Orda bildirilir ki, Ermənistan Konstitusiyasının qəbulu zamanı müstəqillik bəyannaməsinə istinad edilməsi  faktiki olaraq Azərbaycanla qəbul olunmuş əsasnamənin ratifikasiyasına imkan vermir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan konstitusiyasına dəyişiklik olmadan sülh müqaviləsi imzalamaq faktiki olaraq həmin sənədi adi kağız parçasına çevirməkdir”.

 

R.Bayramov bütün bunlarla yanaşı Ermənistanın razılaşdırılmamış məsələlərin kənara atılması ilə sazişin imzalanmasını istədiyini qeyd edib. Burada şifahi olaraq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, bir-birinə qarşı ərazi iddialarında olmamaqla bağlı öhtəlik götürmək və sair bu kimi ümumi məsələləri özündə əks etdirən sazişin imzalanması istəyi yer alır. Amma Ermənistan faktiki olaraq Konstitusiya Məhkəməsində Azərbaycana qarşı ərazi iddiasından əl çəkməklə bağlı dəyişiklik etmək istəmədiyini ortaya qoyur.

 

O ki, qaldı ermənilərin COP 29-a qədər süh müqaviləsini bağlamaq üçün tələsməsinə politoloq bunu Ermənistanın yenə də özünə “sülhpərvər don” geyindirmək istəyi ilə bağlı olduğunu deyb:

 

"Ermənistan bütün dünyada özünün sülhpərvər obrazını yaratmağa çalışır. Elə bir görüntü yaratmaq istəyir ki, guya davamlı sülh istəyən tərəf Ermənistandır, buna “yox” deyən isə Azərbaycandır. Halbu ki, sülh danışıqlarını təklif edən də, sülh sazişini ilk mətnini hazırlayan da, 5 baza prinsipi əsasında sülh mətnini hazırlayıb təqdim edən də məhz elə Azərbaycandır. Digər bir məsələ ondan ibarətdir ki, Paşinyan nə olursa olsun ortaya bir sülh sazişinin imzalanmasını və bunun COP 29-a qədər baş verməsini istəyir. Çünki Paşinyan özü də dünya miqyaslı bu tədbirdə iştirak etmək niyyətindədir və düşünür ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan onun Bakıya gəlişi və COP 29-da iştirakı erməni ictimaiyyətində ona qarşı mövqeni gücləndirə bilər. Ona görə də COP 29-a qədər sülh sazişinin imzalanmasını istəyir. Amma Ermənistanın təqdim, təklif etdiyi saziş Azərbaycanın maraqlarına cavab vermir, faktiki olaraq əhəmiyyətsiz sənəd olaraq Ermənistanın xeyrinə işləyəcək”.

 

R.Bayramov hesab edir ki, tezliklə sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistanın “hay-küy” yaratması təkcə Paşinyanın və yaxud da onun hakimiyyətinin məhsulu deyil. Onun fikrincə, burda Qərbin, xüsusən də Fransanın da maraqları var:

 

“Fransa yaxşı bilir ki,  Azərbaycan özünün maraqlarının təmin olunmadığı hər hansı bir sənədə imza atmayacaq. Bununla belə Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmaması və gərginliyin davam etməsində maraqlı olduğu üçün Ermənistana Konstitusiya dəyişikliyinə getməklə bağlı razılıq vermir. O baxımdan da Ermənistan sadəcə sülh sazişinə hazır olduğunun görüntüsünü yaratmağa və yaxud da ümumi tezisləri özündə əks etdirən sənədin imzalanmasına çalışır. Bütün bunlar hamısı Ermənistanın real sülhə hazır olmadığının ən bariz göstəricisidir”.

 

“Bunsuz sülh sazişinin imzalanması mümkün olmayacaq”

 

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan elə bilirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvanla sülh sazişinin noyabrda Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirinə qədər imzalanmasında maraqlıdır.

 

“Bu səbəbdən Paşinyan Əliyevin istənilən, hətta yarımçıq sazişə imza atacağını zənn edirdi. Ancaq İlham Əliyev Ermənistanla yarımçıq sazişi nəinki noyabra qədər, hətta ilin sonuna qədər imzalanmasına maraq göstərmədi və bu mövzunu COP29 tədbirindən ayrı tutdu. Paşinyan yanıldığını anladı. İndi o Bakı ilə mətni tam hazır olmayan sazişi noyabra qədər imzalamaq üçün tələsir, bunun iki ölkə arasında barışıq üçün şans olduğunu düşünür. Bu baxımdan Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın “Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Fəaliyyəti Sammitinə (COP29) qədər Azərbaycanı sülh müqaviləsini imzalamağa dəvət edirik” ifadəsi Paşinyanın diqtəsi ilə yazılıb”.

 

E.Şahinoğlu qeyd edib ki, COP29 tədbirinə az qalıb. Paşinyan sazişin həmin tədbirə qədər imzalanmasında və özünün də Bakıya gəlib həmin tədbirdə iştirakında maraqlıdırsa, Konstitusiya dəyişikliyinə getməlidir. Bunsuz sülh sazişinin imzalanması mümkün olmayacaq.

 

Politoloq bu istiqamətdə Ermənistanın sərgilədiyi mövqeyə diqqət çəkərək heç də sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını qeyd edib. Onun sozlərinə görə, bu gün Nikol Paşinyan  Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesinə təkbaşına qərar verə bilmədiyi üçün təcili imzalamaq istədiyi “sülh sazişi” layihəsi də tək ona aid deyil. Onun qənaətinə görə, regionda maraqlı olan və bu gün Ermənistanı silahlandıran Qərbin, Avropanın istəkləri vəziyyətin gərgin olaraq qalması və bundan yararlanaraq bölgəyə daha çox müdaxilə etmək imkanları qazanmaq üçündür:

 

“Ermənistan baş naziri havadarlarının diqtəsi ilə hərəkət edir. Çox gözəl bilirlər ki, Azərbaycan onların şifahi, səthi olaraq imzalatmaq istədikləri sülh müqaviləsinə getməyəcək. Bununla belə özlərini sülhpərvər, tezliklə sülhün imzalanmasını istəyən tərəf kimi göstərib Azərbaycana qarşı  siyasi hücum üçün zəmin yaratmağa çalışırlar. COP 29-a qədər sülh müqaviləsi imzalamaq üçün çabaladığını göstərən Ermənistan nə qədər məntiqsiz, absurd olsa da ilk baxışda Azərbaycanı sülhdən qaçan tərəf kimi təqdim etməyə çalışır. Təbii ki, Azərbaycan Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını özündə ehtiva edən maddələr dəyişilmədən ermənilrin istədiyi “sülhə” adekvat cavab verə bilməz. Əslində Azərbaycanın Ermənistanın təklif etdiyi kimi razılaşdırılmış müddüəlar əsasında sülh müqaviləsinə imza atarsa bu Ermənistanın uduşu olar. COP 29-a qədər belə bir sülh müqaviləsinin imzalanması Ermənistanın sülhə gəldiyini təsdqləmiş olar və onsuz da Azərbaycana qarşı qərəzli çıxışlarla hücuma keçən Qərbin, Avropanın əlinə yeni fürsətlər verər.  Bütün hallarda Avropa, Qərb Azərbaycanın belə bir sülh müqaviləsinə getməyəcəyini bilir və yenə də Ermənistanı sülhpərvər, Azərbaycanı isə sülhü istəməyən tərəf kimi təqdim etmək üçün çabalayır. Lakin faktlar ortada. Azərbaycanın təklif etdiyi sülh sazişi özünün tutumu və məntiqi ilə daha ciddi sənədin qəbul olunmasını ehtiva edir. Ermənistan və havadarları COP 29 ərəfəsində dünyanın gözü qarşısında imzalamağa hazır olduqları “sülh müqaviləsi” şousunu yaratmağa çalşsalar da, reallıq, faktlar bütün qara niyyətləri açığa çıxaracaq.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi