Quba rayonu Çarxaçu kəndindən ŞİKAYƏT

12:42 16-10-2024 | icon 102 | Sosial
Quba rayonu Çarxaçu kəndindən ŞİKAYƏT

Qış yaxınlaşdıqca vəziyyət daha da çətinləşir

 

Quba rayonu, Çarxaçu kəndindən şikayət var. Bu barədə Müstəqil Həmkarlar Birliyinənmüraciət daxil olub.

 

Versus.Az xəbər verir ki, Quba rayonu Çarxaçu kənd sakini Sayılov Rüstəm Rəşid oğlunun Müstəqil Həmkarlar Birliyinə ünvanladığı müraciətdə qeyd olunur ki, 1997-ci ildə torpaq islahatları həyata keçirilən zaman onun payına düşən torpaq sahəsi çay yatağına düşdüyü, əkin və mal-qara oturmaq üçün yararsız olduğu  məlum olub. Daha sonra vətəndaşın müraciətləri əsasında ona  kənd təsərrüfatı ilə məşğul olmaq üçün əvəzedici torpaq sahəsi verilib.

 

Uzun müddət bu torpaq sahəsində əkin işləri aparılır və vətəndaş həmin müddətdə Dövlətdən subsidiya alıb. Lakin son vaxtlarda Bələdiyyə Dövlət Kadastr Xidmətinin xəritəsini əsas gətirərək kənddəki torpaqların müəyyən hissəsinin Bələdiyyəyə və köçəri mal-qara düşərgəsinə aid olduğu bildirib. Vətəndaş Sayılov Rüstəm Rəşid oğluna əvəzedici kimi verilən torpaq sahəsinin körçəri mal-qara düşərgəsinə aid olduğu və artıq burada təsərrüfat işləri aparmasına icazə verilmədiyi bildirilib.

 

Şikayətçi  Sayılov Rüstəm Rəşid oğlu ilə birlikdə Çarxaçu kəndinin sakinlərinin demək  olar ki, 60%-i torpaqsız qalıb, hal- hazırda qışın yaxınlaşması ilə əlaqədar olaraq daha da çətin vəziyyətdə olduqlarını bildirirlər.

 

Məsələ ilə bağlı Bələdiyyəyə müraciət olunsa da, müraciətin cavabında bildirilib ki, yenidən torpaq bölgüsü aparmaq Bələdiyyənin səlahiyyətində deyil.

 

Qeyd edək ki, məsələnin həlli ilə bağlı Müstəqil Həmkarlar Birliyi tərəfindən aidiyyəti üzrə Dövlət qurumlarına sorğular ünvanlanıb.

 

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi