“COP 29 ərəfəsində hərbi təxribatın törədiləcəyi istisna edilmir”

16:22 16-10-2024 | icon 99 | Siyasət
“COP 29 ərəfəsində hərbi təxribatın törədiləcəyi istisna edilmir”

Şair Ramaldanov: “4 il keçməsinə baxmayaraq atəşkəs rejimi pozulur”

 

“COP 29 ərəfəsində hər hansı hərbi təxribatın törədiləcəyi istisna edilmir. Ermənistanın Azərbaycanla şərti sərhəddə apardığı əməliyyatlar eskalasiyaya gətirən prosesdir. Ona görə də Müdafiə Nazirliyi tərəfindən təxribatlara cavab verəcək tədbirlərlə bağlı tapşırıqlar verilib. Azərbaycanın hərbi hissələri istənilən təxribata cavab verməyə hazırdır, qadirdir”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov Ermənistanın yeni müharibəyə hazırlaşması, sərhəddə topladığı qoşun və hərbi texnikanın məqsədləri ilə bağlı açıqlamasında bildirib.

 

Ş.Ramaldanov sülh müqaviləsi bağlanmayana qədər Ermənistanın hərbi təxribatlarına davam edəcəyini istisna etməyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmadığı üçün hazırda müharibə şəraitidir:

 

“Qazax rayonu ərazisində 13 kilometr sərhəd xəttindən başqa digər istiqamətlər üzrə Ermənistanla sərhədlərimiz yoxdur, şərti sərhəddə sərhəd atributları və sərhəd rejimi yoxdur. Şərti sərhədləi təmas xətti kimi gedir. Ona görə də Azərbaycan ordusu həmin şərti sərhəd boyunca  mövqe tutub. Bəyannamənin nəticəsi əsasında Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi elan olunub və tərəflər öhtəçiliyini götürüb. Azərbaycan ordusu qələbə qazananadan sonra antiteror təbiri keçirib separatizmə son qoyaraq, qanunsuz silahlıları Azərbaycan ərazisindən çıxarandan sonra suverenliyini tam bərpa etdi. Ancaq 4 il keçməsinə baxmayaraq atəşkəs rejimi pozulur. Ermənistan təxribatlara əl atır və bundan sonra təxribatlar törədəcəyi ilə bağlı addımlar atır”.

 

Ş.Ramaldanov qeyd edib ki, burda bir neçə pərdəarxası məqsədlər var. Onun sözlərinə görə, Ermənistanın özündə revanşistləri daxildə və xaricdən dəstəkləyən qüvvələr var:

 

“Paşinyanın iki stul arxasında oturmaq siyasəti, 3=3 formatından əlavə ölkələrin regiona daxil olmasına şərait yaradılır. Bu, Ermənstan tərəfindən şərait və münasibətlər müstəvisində xain siyasətn nəticəsdir. Qərbin, Avropanın qüvvələri Ermənistanın təhlükəsizlyi dalğasında gəliblərş Ermənistan KTMT-də Rusiya ilə təhlükəsizlik məsələsində bel bağlamr. Qərb, ABŞ üçün müəyyən müraciətlər olub, silahlandırma da görünür. Digər tərəfdən Avropa Müşahidə missiyası, indi isə Kanadanın üzvüləri də daxil olmaqla NATO missiyası var. heç kimlə razılaşdırılmayıb. AB və digər ölkələrin Ermənistana gəlib hərbi təlimlər, kurslar, hazırlıqlar keçməsi müşahidə olunur. Ermənistan mətbuatında Azərbaycanın Ermənistana təhlükə yaradan və Zəngəzur dəhlizinin açılması ilə bağı hansısa hücumla bağlı çoxlu gərginlik yaradılır. bunlar hamısı bir ssenarinin elementləridir. 3=3 formatından xaric ölkələr Orta Dəhlizdə, Zəngəzurda öz maraqlarını, nəzarət mexanizmlərini yaratmaq istəyirlər. Məqsəd Rusiyanı ordan çıxarmaqdır”.

 

Ekspert vurğulayıb ki, digər hədəf İrandır. O, hesab edir ki, İranın molla rejimini dəyişib özlərinə uyğun reim qurub öz maraqlarını təmin etmək istəyirlər:

 

“Bütün bunlar gərginliyin yaradılması və təhlükəszilik çətiri altında baş verə bilər. İndi Ermənistnın sərhədə yığılan texnikanın, qoşunun yığılmasıdır. COP 29 dövründə Azərbaycana təzyiqlər artır. Gərginləşən münasibətlər fonunda hansısa təxribatın törədilməsi planlanır. Azərbaycanın ərazi bütövlüyünü sarsıdan təxribatların olacağını düşünmürəm. Təxribatlardan sonra beynəlxalq təsisastlar işləməyə başlayacaq. Ermənilərin xeyrinə qətnamələr çıxaracaqlar. Regionda maraqlı olan qüvvələr orada özlərini aktivləşdirmək üçün hüquqi baza yaratmaq istəyirlər”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi