Bakıda Akon nostaljisi

15:36 15-10-2024 | icon 135 | Şou-biznes
Bakıda Akon nostaljisi

Dünyaca məşhur reper Akon Baku Crystall Hall-da möhtəşəm konsert proqramı ilə çıxış edib.

 

Versus.Az xəbər verir ki, oktyabrın 13-də baş tutan konsert şəhərin musiqisevərlərinə unudulmaz gecə yaşadıb.

 

Musiqi kariyerasında uzun illərdir uğurla addımlayan Akon “Caspian Media Group”un təşkilatçılığı ilə baş tutan gecədə enerji dolu performansı və sevilən hitləri ilə auditoriyanı “yellədib”.

 

Konsert zamanı “Smack That”, “Lonely” və “Right Now (Na Na Na)” kimi hit mahnıları səsləndirən ifaçı böyük coşquya səbəb olub.

 

Akon-ın Bakıya özəl salamı və azərbaycanlı pərəstişkarlarına sevgi dolu mesajları gecəyə xüsusi rəng qatıb.
Tədbirdə Akon-ın həyat yoldaşı, müğənni Amirror da səhnə alıb.

 

Sosial mediada gündəm olan gecə təkcə musiqi baxımından deyil, eyni zamanda Bakının mədəni həyatında da əlamətdar bir hadisə olaraq yadda qalacaq. Akon-ın Bakıda verdiyi bu konsert şəhərin beynəlxalq səviyyədə tanınan ulduzları qəbul etməyə hazır olduğunu bir daha göstərir.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı