COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

13:24 15-11-2024 | icon 748 | Siyasət
COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Çingiz İsmayılov: “Bu onu göstərir ki, Azərbaycana inam çox böyükdür”

 

Paytaxt Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər konfransı davam edir. Dünyanın 190 ölkəsindən 75 min nümayəndənin qatıldığı beynəlxalq tədbirdə dünyanın gələcəyinin təhdid edən məsələlər və həlli yolları müzakirə edilir. Sağlam gələcək naminə dünyanın ürəyi Azərbaycanda döyünür. İqlim Dəyişikliyi ilə bağlı COP 29 konfransının məsuluyyətini üzərinə götürən dövlətlər yaşıl dünyanı təmin etmək, harmonik inkişafını, tarazlığını qorumaq, təhlükəsizliyini təmin etmək üçün mümkün imkanlar, şərtlər əsasında bəşəriyyətə, dünya güclərinə bir daha səslənir. İqlim dəyişikliyi ilə bağlı Azərbaycanda toplaşan dünya dövlətlərinin apardığı müzakirələr hansı nəticələri vəd edir.

 

Geopolitik, professor Çingiz İsmayılovun bu istiqamətdə “Həftə içi”-nə verdiyi müsahibəni təqdim edirik:

 

 

- İqlim dəyişikliyi ilə bağlı BMT-nin keçirdiyi COP konfranslarını zəruri edən nədir?

 

 

- Qlobal iqlim dəyişikliyi bəşəriyyətin, canlıların, ətraf mühitin dəyişməsində çox vacib rol oynayır. İqlim dəyişikliyi təbii proses olaraq tarix boyu daim müəyyən dəyişikliklərə səbəb olub, soyuqlaşma, istiləşmə dövrü ilə əvəzlənib. Bu qaçılmaz bir prosesdir və bir çox amillərin təsiri altında baş verir. Buna insan amili əlavə olunduqca insan həyatı, canlıların biomüxtəlifliyinin dəyişməsi, dövlət tərəfindən aparılan iqtisadi siyasətin və nəticədə siyasi münasibətlərin dəyişməsində çox böyük təsiredici rol oynayır. Onun xaricində bu məsələnin dövlət başçıları səviyyəsində müzakirəyə verilməsi qaçılmazdır.

 

 

- Nəyə görə COP-un 29-cu konfransının keçirilməsi üçün Azərbaycan seçildi?

 

 

- Bundan öncə keçirilən COP27, COP28 konfransları Misirdə, 28-ci sammit Birləşmiş Ərəb Əmirliklərində keçirilmişdi. 30-cu sammit isə Braziliyada olacaq. Bu ölkələr nef hasil edən ölkələrdir və bu ölkələr ilk növbədə neft hasil edərək iqlim dəyişilməsində də təsiredici rol oynayır. Doğrudur, Azərbaycanda neft hasilatı Misirlə, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya ilə müqayisədə kifayət qədər azdır. Ancaq buna baxmayaraq Azərbaycan eyni zamanda təkcə neft hasilatı ilə bağlı deyil, iqtisadiyyatın digər sahələrin inkişafı ilə də fərqlənir və eyni zamanda Azərbaycanın beynəlxalq müstəviyə qalxması ilə bağlıdır. Bundan öncə də Azərbaycanda Evrovision, Avropa Oyunları uğurla keçirilmişdi. Bütün bunlar göstərdi ki, Azərbaycanın böyük, beynəlxalq miqyaslı tədbirlərin keçirilməsində təcrübəsi vardır. Və burada Azərbaycanın beynəlxalq nüfuzunun qalxmasında, eyni zamanda digər BMT ölkələri tərəfindən dəstəklənməsi, ilk öncə Qoşulmama Hərəkatı üzv ölkələrinin dəstəklənməsi vacib rol oynamışdır. Qeyd edək ki, Azərbaycanda yaxın iki ildə də belə nüfuzlu tədbirlər keçiriləcəkdir. Gələn il COP-dan sonra BMT-nin daha II əhəmiyyətli tədbiri - Habitat, yaxud Dünya Urban Forumu keçiriləcək. 2026-cı ildə keçiriləcək MDB ölkələrinin oyunları mühüm tədbirlər sırasında dayanır. Bütün bunlar onu göstərir ki, Azərbaycan kifayət qədər nüfuz qazanmışdır, belə tədbirlərin keçirilməsində maraqlıdır və bu, ölkələr tərəfindən dəstəklənir. Bu onu göstərir ki, Azərbaycana inam çox böyükdür.

 

 

- COP-un 29 cu sammiti beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyi ilə bağlı problemlərə yanaşmasında, dünyanın ekoloji mühitinin sağlamlaşması yönündə hansı irəliləyişləri vəd edir?

 

 

- Problemlər kifayət qədər böyükdür və regional dərəcədə müxtəlif gərginliyi vardır. İlk növbədə maliyyə fondunun yaradılması və o fondun maliyyə resurslarının gələcəkdə ədalətli bölünməsi məsələsi gəlir. İlk öncə inkişaf etməkdə olan ölkələrə iqtisadi siyasətin yeridilməsi də ekoloji amillərin önə çəkilməsi baxımından dəstəklərin verilməsi, müasir texnologiyaların tətbiqi ümid yardır ki, bu ölkələrdə yeni irəliləyişlər əldə olunacaq və ətraf mühitə insan fəaliyyəti ilə bağlı mənfi təsiri azalacaqdır.

 

 

- Dünya gücləri yaşıl dünya, sağlam ekoloji mühit naminə nə etməlidir?

 

 

- İlk növbədə inkişaf etmiş və geridə qalmış ölkələrə müasir ekoloji baxımdan daha mükəmməl texnologiyaların ötürülməsinə yol açmalıdır. İkinci vacib məsələ inkişaf etmiş ölkələrdə və geridə qalmış ölkələr üçün texnoloji mükəmməl istehsalın tətbiqi, insan düşüncəsinin dəyişdirilməsi baxımından maarifləndirmə işləri gücləndirilməlidir. Çünki müasir texnologiyaları tətbiq etmək və buna vəsait də ayırmaq olar. Ancaq ən vacib məsələ odur ki, insanların düşüncələri dəyişilməlidir. İnsanların düşüncəsi dəyişmədikcə bu, məişətdə, ailədə və digər sahələr üzrə insan fəaliyyətində özünü büruzə verməlidir. Düşüncə dəyişmədikdə, nəticə istənilən olmayacaq. Bunun üçün də ilk növbədə əsas məsələ müasir texnologiyanın ötürülməsidir və geridə qalmış ölkələrdə yaşıl dünya naminə yeni düşüncənin formalaşmasıdır.

 

 

- Məlum faktdır ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində fauna, floramız, torpaqlarımız məhv edilib, çaylarımız, meşələrimiz dağıdılıb. BMT təbii tarazlığı pozan belə halların qarşısını almaq üçün nə vəd edə bilər?

 

 

- Məlumdur ki, müasir dünyada bəzi regionlarda müharibələr gedir və bununla da ətraf mühitə çox böyük ziyan dəyir. Amma hələ ki, bunun qarşısını alacaq belə bir yanaşma formalaşmamışdır. Bəzi dövlətlər öz gücünə güvənərək iqtisadi, siyasi, geosiyasi vəziyyəti bütövlükdə dəyişmək cəhdlərindən əl çəkməyib. BMT-nin yalnız Baş Assambleyasında müəyyən qərarların qəbul edilməsi ilə hansısa cəhdləri mövcuddur. Ancaq biz Ermənistanın işğalı zamanında qəbul edilmiş məlum 4 qətnamənin 25 ildən çox müddətdə realizə olunmamasının şahidiyik. Ona görə də etiraf etməliyik ki, hələ ki, belə bir mexanizm yoxdur. Yalnız güc mərkəzləri daha məsuliyyətli yanaşaraq geosiyasi mənzərənin güc vasitəsi ilə dəyişməsi cəhdlərində baxışlarını dəyişməlidir. Əks halda müharibələr davam edəcək, bu da regional müharibələrin qlobal miqyasa çevrilməsi ilə bağlı təhlükələri artıracaq. Əfsusları olsun ki, bunun qarşısını alacaq mexanizm yoxdur. Biz dəyişən dünyada yaşayırıq. Ola bilər ki, bu müharibələrin sönməsi nəticəsində hansısa bir yeni qərarlar qəbil olsun və bu da dəyişən dünyada yeni inkişaf istiqamətlərinin formalaşmasına yol açsın.

 

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR