"COP29 dünya mətbatının diqqətindədir"
Aydın Mirzəzadə: “Azərbaycan bəşəriyyətin qorunması naminə öz mübarizəsini ortaya qoyur”
“Bu gün 67 min qonağın qeydiyyatdan keçdiyi və artıq 10-la dövlət başçısının, rəsmisinin iştirak etdiyi tədbir dünya mətbatının diqqətindədir. Bu, Azərbaycanın dünyada tanıdılmasına, ekoloji tarazlıq üçün atdığı addımların əhəmiyyəti ilə bağlı məlumatların verilməsinə kömək edəcək”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə noyabrın 11-dən paytaxt Bakıda öz işinə başlayan COP29 konfransı ilə bağlı açıqlamasında bildirib.
A.Mirzəzadə son vaxtlar BMT-nin iqlim dəyişikliyi ilə bağlı keçirdiyi tədbirlərin çox böyük reytinqə malik olduğunu qeyd edib:
“Bir çox ölkə liderlərinin, mütəxəssislərinin iştirakı ilə keçirilən müzakirələrə yüz minə qədər insan toplaşır, iqlim dəyişikliyinin yaratdığı fəsadalar, onun qarşısının alınması istiqamətləri, iqtisadiyyatın inkişafı öz əksini tapır. Belə məlum olur ki, insan fəaliyyətinin bütün sahələri iqlim dəyişikliyi ilə bağlıdır”.
Deputat eyni zamanda bildirib ki, iqlim dəyişikliyi ilə bağlı konfransın Azərbaycanda keçirilməsi ölkəmizin yüksək nüfuzundan, beynəlxalq birlikdə qazandığı hörmətdən asılıdır. O, qeyd edib ki, keçmiş sovet respublikaları sırasında Azərbaycan ilk ölkədir ki, COP konfransını keçirmək hüququna malikdir.
O, bu hadisəni Azərbaycanın dünya, insanlıq üçün atdığı mühüm addımın əhəmiyyətinin göstəricisi kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq bəşəriyyətin qorunması, insanlıq, yaşıl dünya naminə öz mövqeyini, mübarizəsini ortaya qoyur:
“Azərbaycan çox az sayda ölkələrdəndir ki, yaşıl enerjidən geniş istifadə edir. Azərbaycanda iki böyük günəş elektrik stansiyası fəliyət göstərir. iİğldan azad olunan bölgə ancaq yaşl energetika ilə təmin olunacaq. Suyun keyfiyyətinin artırılması, sudan səmərəli istifadə bizim üçün vacib olan məsələlərdəndir. Xəzər dənizi sahilində dəniz suyunun içməli suya çevrilməsini təmin edəcək müasir kompleks tikilməkdədir. COP29-un Azərbaycanda keçirilməsi həm iqlim dəyişikliyi ilə bağlı dünya birliyinin növbəti addımlarını müəyyənləşdirir, digər tərəfdən isə Azərbacanın dövlətçilik, müasir iqtisadiyyat təcrübəsinin xarici ölkə nümayəndləri tərəfindən öyrənilməsinə imkan yaradacaq. Paralel olaraq ölkəmizə gələn qonaqlar mədəniyyətimizlə tariximizlə tanış olacaq, Azərbaycanın bu sahədə gördüyü, əldə etdiyi təcrübədən yararlanacaqlar. Həmçinin belə platformalarda ikitərəfli münasibətlər qurmaq, yaxud münasibətləri dərinləşdirməklə bağlı növbəti təşəbbüsləri də müşahidə edəcəyik”. /hafta.az/
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ