Millilərimiz Avropa çempionatında iştirak edəcəklər

09:06 20-11-2024 | icon 56 | İdman
Millilərimiz Avropa çempionatında iştirak edəcəklər

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri Avropa Liqasında çıxış edəcəklər.

 

Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi qaydalara uyğun olaraq iştirakçılar reytinqə əsasən liqalara bölünüb. Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağıreytinqli millilər isə Gümüş Avropa Liqasında mübarizə aparacaqlar.

 

Reytinq cədvəlində 19-cu olan qadınlardan ibarət milli komandamız Qızıl Avropa Liqasında, 37-ci yerdə olan kişilərdən ibarət yığmamız isə Gümüş Avropa Liqasında çıxış edəcək. Hər iki yarış 30 may-6 iyul 2025-ci il tarixlərində keçiriləcək. Qadınların yarışında 12 ölkənin milli komandası, kişilərin mübarizəsində isə 8 ölkənin milli komandası mübarizə aparacaq. Reqlamentə əsasən, Gümüş Avropa Liqasında bir turnir cədvəli olacaq və ilk iki yeri tutan komandalar finala vəsiqə qazanacaqlar. Final oyunları ev-səfər sistemi ilə keçiriləcək. Qızıl Liqada da bir turnir cədvəli olacaq. Gümüş Liqadan fərqli olaraq burada ilk 4 yeri tutan yığmalar dördlər finalına yüksələcəklər.

 

Avropa Liqasında yığma komandalarımızın rəqibləri:

 

Qadınlar: Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya, Xorvatiya.

 

Kişilər: Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya, Farer adaları.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR