COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti
Tofiq Abbasov: “COP29-a kim gəlir-gəlməsin, bu onun mədəniyyətindən irli gələn göstəricilərdir”
“COP 29-un Azərbaycanda keçirilməsini Qərb "demokratiyası" alver predmetinə çevirib. Tədbirə qatılmaqdan imtina edən bəzi dövlətlər yaddan çıxarırlar ki, bu tədbir BMT-nin tədbiridır. Kimlərinsə Azərbaycanda COP29-a gəlib-gəlməməsi, yaxud bu sammitdən istifadə edərək öz qərəzlərini ifadə etməsi heç nəyi dəyişməyəcək”.
Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Tofiq Abbasov Bakıda iqlim dəyişikliyi ilə bağlı keçirilən COP29 konfransına qatılmaq istəməyənlərin əsl mahiyyətinə diqqət çəkərkən bildirib.
T.Abbasov bu gün paytaxt Bakının COP konfransına yüksək hazrlıq nümayiş etdirdiyini qeyd edib. O, Azərbaycanın belə beynəlxalq tədbirlərin keçirilməsində böyük səriştə qazanmış ölkə kimi özünə güvənməsinin bir daha sübut olunuğunu deyib:
“Bizi tənqid edirdilər ki, Azərbaycan ənənəvi enerji daşıyıcılarının istehsalında öndə gedir, digər məsələlərdə geridə qalıb və sair. Yada salaq ki, COP 28 Dubayda keçirilən zaman da məhz Birləşmiş Ərəb Əmirlikləri də bu motivlərlə ittiham edirdilər. Bunlar islam, türk faktorunu qəbul edə bilmirlər və çalışırlar ki, Azərbaycanın imicini qaralasınlar, ləkələsinlər. Həmin qüvvələr Azərbaycanın təmiz dünyanın təminatı üçün yararsız, haqqı olmayan ölkə kimi təqdim edib, guya bu tədbiri piar xətrinə etdiyini önə çəkirlər. Lakin COP 29 məsələsi ortaya çıxmamışdan əvvəl də Azərbaycan Prezident demişdi ki, biz Qarabağ bölgəsini bütün parametrlərinə görə yaşıl strategiyaya qovuşduracağıq. Yəni biz çalışacağıq ki, heç olmasa Qarabağda, Şərqi Zəngəzurda artıq karbon qazlarının istehsalı sıfırlansın. Maraqlıdır ki, Azərbaaycan ərazilərində meşələri məhv edib, torpaqları yandıran, çayları çirkləndirən Ermənistana qarşı belə tənqid və iddialar səsləndirilmir. O dövlətlər ekoloji mühitə nə dərəcdə zərbə vurduqları ilə üz-üzə gəlməkdən qorxurlar. COP 29-un Azərbaycanda keçirilməsinə “hə” deyən Avropa komissiyasının nümayəndələri isə başlayıblar ki, “niyə başqa ölkələrin rəhbərləri Bakıya gəlir, niyə COP Azərbaycanda keçirilir. Bu qərəzlə özləri -özlərini inkiar edirlər”
T.Abbasov hesab edir ki, iki gündür işini davam edən COP konfransının ahəngi bu iddiaların əhəmiyyəsiz və yersiz olduğunu göstərir. Onun fikrincə, Azərbaycana qarşı çıxış edənlər əslində iqlim dəyişikliyi ilə bağlı müzakirələrin insanlıq üçün olduğunu unudurlar:
“Bütün bunlar hamısı siyasi məzxərə fonunda ortaya çıxan məsələlərdir və buna bir o qədər məhəl qoymaq lazım deyil. Bunlar Azərbaycanın məramını zəiflədə, bizi məqsədlərimizdən döndərə bilməz. COP 29-a kim gəlirsə gəlməsin bu onun mədəniyyətindən irli gələn göstəricilərdir. Həm də onlar bəzi məsələlərdə yaxalarını kənara çəkməyə çalışırlar. Amma Azərbaycan bunları anlayır və başa düşür ki, bu konfrans çox vacibdir, ekoloji mühitin sağlamlaşması, dünyanın yaşaması üçündür. Ona görə də Azərbycan bu tədbirə çox ciddi yanaşır və əmindir ki, bütün məsələlər öz həllini tapacaq. Hesab edirəm ki, kimlərinsə bu konfransa gəlib gəlməməsi ümumi mənzərəni korlamayacaq və burada vacib qərarlar qəbul olunacaq”. /hafta.az/
PƏRİ
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ