COP29 iştirakçısının 3618-i jurnalistdir
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırda dünyanın diqqət mərkəzində duran əsas hadisələr sırasındadır. Beynəlxalq tədbiri öz mətbu orqanlarında işıqlandırmaq üçün dünyanın əksər ölkələrinin media qurumlarının təmsilçiləri Bakı şəhərindədir və 70 mindən çox tədbir iştirakçısının 3618 nəfəri media mənsubudur.
Versus.Az xəbər verir ki, bu barədə məlumat COP29-un gündəlik mətbuat konfransında verilib.
Qeyd edilib ki, iştirakçıların növbəti böyük qismini isə beynəlxalq müşahidəçiləri (13 min 275 nəfər) təşkil edir. İştirakçı tərəflərin rəsmi təmsilçilərinin sayı isə 35 min nəfərə yaxındır.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ