"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"
Elşad Mirbəşir: “Bu, Azərbaycanın beynəlxalq müstəvidə olduqca səmərəli təqdimatı idi”
“Azərbaycan Prezidenti İlham Əliyev COP 29 konfransında etdiyi çıxışı ilə ölkəmizin obrazını beynəlxalq ictimai təsəvvürdə bir daha canlandırmış oldu. Azərbaycan bu gün müxtəlif əməkdaşlıq sistemində öndə gedən ölkələrdəndir. Azərbaycan qlobal təəşbbüslərlə çıxış etməklə istər mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, istərsə də ölkələr arasında etibarlı təmasların qurulması, etimad mühitinin yaradılmasında özünü uğurla ifadə edir. Bu baxımdan da Prezident çıxışında Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha vurğulamış oldu”.
Versus.Az xəbər verir ki, bunu professor Elşad Mirbəşir COP29 konfransından dünyaya verilən mesajlarla bağlı açıqlamasında bildirib.
E.Mirbəşir qeyd edib ki, onsuz da Azərbayacanın dünyada pozitiv beynəlxalq imici mövcud idi. Azərbaycan COP 29 konfransına evsahibliyi etməklə və bu konfransı uğurla başlatmaqla özünün beynəlxalq, pozitiv imicini daha da gücləndirmiş oldu:
“Azərbaycan bütün mənalarda bu gün öndə gedən dövlət, öz milli maraqları çərçivəsində müstəqil siyasət yürüdən ölkədir. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi maraqlı dairələr tərəfindən milli maraqları çərçivəsində müstəqil siyasət yürüdən ölkələrə qarşı əsassız itihamlar səsləndirilir, onların üzərinə sistemli hücumlar təşkil edilir. Azərbaycan Prezidenti öz çıxışında bu məqama da toxundu”.
E.Mirbəşir məhz COP 29 ərəfəsində də ölkəmizə qarşı əsassız ittihamların səsləndirildiyini, qərəzli mövqelərin irəli sürüldüyünü prezidentin çıxışına istinadla qeyd etdi:
“Ölkə Prezidenti bunu çox ciddi arqumentlərlə əsaslandırdı. Bildiridi ki, Azərbaycandan da qat-qat artıq neft, qaz hasil edən, atmasfori çirkləndirən ölkələr var ki, onlar Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirlər. Əksinə, bu gün Azərbaycan yaşıl enerji sahəsini çox fəal şəkildə inkişaf etdirməkdə olan azsaylı ölkələrdən biridir. Azərbaycan bütün gücü ilə yaşıl enerji sahəsini inkişaf etdirməkdədir. Hətta bu gələcəkdə Azərbaycanın enerji ixracı potensialını əhəmiyyətli dərəcədə artıracaqdır. Prezident onu da qeyd elədi ki, Qara dənizin dibi ilə 4 gqbatlıq kabel vasitəsi ilə Azərbaycan Avropa bazarına yaşıl enerji ixrac edəcəkdir. Bu onu göstərir ki, Azərbaycan COP 29 konfransına evsahibliyi etmək üçün tam mənəvi haqqa sahibdir”.
E.Mirbəşir Prezidentin həmçinin ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsinə toxunduğunu qeyd edib. O, vurğulayıb ki, vaxtilə Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdiyi zaman da ölkəmizə qarşı əsassız itihamlar, hücumlar təşkil olunurdu:
“Amma Azərbaycan öz tarixi torpaqlarını 30 illik erməni işğalından azad etdi. Azərbaycan Prezidenti vurğuladı ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan 4 qətnaməni Azərbaycan özü icra etdi. Bu, COP 29 konfransında iştirak edənlərdə çox aydın təsəvvürlər formalaşdırdı, Azərbaycanın haqlı mövqeləri ilə bağlı mövcud olan təsəvvürləri daha da möhkəmləndiridi, eyni zamanda yeni təsəvvürlər formalaşdırdı. Azərbaycan Prezidenti öz çıxışında Azərbaycanın qlobal töhfələrini önə çəkməklə yanaşı, həm də Azərbaycanın çox böyük dövlət iradəsinə, gücə, potensilala, əməkdaşlıq imkanlarına malik olduğunu diqqətə çatdırmış oldu. O, bildiridi ki, Azərbaycana qarşı əsassız itthlamlar sürənlərə əsas cavab ondan ibarətdir ki, dünya liderləri Azərbaycana təşrif etdilər, 72 mindən artıq xarici qonaq iştirak üçün qeydiyyatdan keçdi. Yəni ölkəmiz COP 29 konfransına çox böyük uğurla evsahibliyinə start verdi. Bu Azərbaycanın beynəlxalq müstəvidə olduqca səmərəli təqdimatı idi”.
Professor hesab edir ki, bu konfransadan sonra Azərbaycana yaşıl enerji sahəsi olduqca dinamik inkişaf edəcək. Onun sözlərinə görə, Azərbaycan bu sahədə yeni yeni addımlar atmaqdadır və yeni sərmayələrin qoyulması istiqamətində COP 29-un çox böyük təsiri olacaqdır:
“Bu konfrans bir daha dünayaya nümayiş etdirir ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə hər zaman öndə gedən dövlətdir. Azərbaycan BMT-nin bu istiqamətdə təşəbbüslərini yaxından dəstəkləməklə yanaşı, öz təşəbbüsləri ilə də iqlim dəyişmləri ilə mübrizədə ölkələlərin imkanlarını səfərbər edir. Bu baxımdan COP29 Azərbaycanın beynəlxal imicini daha da gücləndirəcək və dünya növbəti dəfə görəcəkdir ki, Azərbaycan öz addımları, təşəbbüsləri ilə beynəlxalq rifaha təhlükəsziliyə xidmət edir. Azərbaycan Prezidenti Azərbaycanın beynəlxlq əməkdaşlıqda nə dərəcədə fəal olduğunu da səsləndirmiş oldu. Hesab edirəm ki, bundan sonrakı mərhələdə Azərbaycan daha səmərəli əməkdaşlıq sistemlərinin tərəfdaşı olacaq, daha etibarlı tərəfdaş kimi qəbul olunaraq dəstəklənəcəkdir. Azərbaycana qarşı çıxmaq istəyən ölkələrin cəhdləri isə başdan fiaskoya düçardır. COP29-un uğurlu start götürməsi bunu bir daha əyani şəkildə nümayiş etdirmiş oldu”.
T.Qafarlı
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ