"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

18:18 16-10-2024 | icon 567 | KİV
"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

Ahəng Psixologiya və Reablitasiya İnkişaf Mərkəzi və Ahəng Psixoloji Dəstək və İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Qadın Həmrəyliyi forumu Bakı zirvəsi” keçirilib.

 

Versus.Az xəbər verir ki, ilk olaraq Gəncədə, sonra Goranboyda ən sonuncu Lənkəranda keçirilən forum Bakıda davam etdirilib.

 

Açılış nitqi ilə mərkəzin rəhbəri psixoloq Vüsalə Əmiraslanova çıxış edərək, tədbir iştirkaçılarını salamlayıb.

 

Ahəng psixologiya mərkəzi

Forumun məqsəd və məramını açıqlayıb. Daha sonra dövlət himni səsləndirilib. Vətən uğrunda şəhid olan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbir

İctimai-siyasi xadimlər, həkimlər, astroloq və psixoloqlar, media nümayəndələri və digər dəyərli spikerlərin iştirak etdikləri forumda millət vəkili Pərvin Kərimzadə danışıb. O, xanımların cəmiyyətdəki rolundan bəhs edib. Uğurlu iş qadınının həm də gözəl ailə başçısı olduğunu diqqətə çatdırıb. Öz ayağı üstündə qalmağı bacaran iş xanımlarına fəaliyyətlərində uğurlar diləyib.

 

form keçirilib

 

Forumun panelləri psixologiya və təhsildə, sahibkarlıqda, tibbdə və mediada qadınların rolu mövzularını əhatə edib. Məqsəd xanımlara uğura doğru irəlilədikləri yolda mənəvi dəstək göstərmək, onlara yön və özgüvən vermək, aralarındakı ünsiyyəti daha da artırmaq və sahibkarlıq fəaliyyətlərində inkişaflarına yardım etmək olub.

 

form

Qadın həmrəyliyi forumunda “Mediada qadınların rolu” mövzusunda spiker olaraq çıxış edən Media Tədris Mərkəzinin və “Bugün.tv Media Qurumu”nun rəhbəri Elnarə Dərziyeva çıxış edib. O, qadın jurnalistlərin hələ 100-150 il əvvəl də öz dəsti-xətləri, imzaları ilə müxtəlif mətbu orqanlarında çalışdıqlarından, tarix yazdıqlarından söz açıb. Düzü düz, əyrini əyri göstərmək üçün daim mübarizə apardıqlarını deyib.

Əməkdar jurnalist təəssüflə bildirib ki, son dövürdə mətbuata verilən azadlıq, texnoloji tərəqqi, son illərdə sosial medianın inkişafı jurnalistika sahəsində bir xaos yaradıb. Bu sahəyə qeyri-peşəkarlar ayaq açıb. Əlaqədar qurumlar bununla bağlı tədbirlər görməyə çalışsa da, yetərli deyil. Bununla bütün cəmiyyət mübarizə aparmalıdır.

 

qadın forumu

 

Daha sonra forumun fəxri qonaqları da qadınlarla öz təcrübələrini bölüşüblər. Tədbir musiqi və çay fasiləsindən sonra da davam etdirilib.

 

form

Sonda forma qatılanlar və sertifikatla mükafatlandırılanlar xatirə fotoları çəkdiriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR