Büdcədə sosial xərclər ARTIRILIR

11:52 17-10-2024 | icon 83 | Sosial
Büdcədə sosial xərclər ARTIRILIR

Pensiya və maaşlar da artacaq...

 

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin göstəricilərinə dair açıqlama yayıb. Sənəddə gələn ilin dövlət və eləcə də icmal büdcə üzrə əsas göstəricilər bəyan edilib.

 

Versus.Az məlumatına görə, burada ən çox diqqəti çəkən məqamlardan biri gələn il sosial istiqamətə ayrılan vəsaitlər və sosial paketinin genişlənmə imkanları ilə bağlıdır.

 

Sənədə əsasən, gələn il dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 811 milyon manat olacağı gözlənilir. 2024-cü ildə isə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub.

 

 

Bununla da gələn il sosial xərclər 9.5 faiz artırılacaq. Sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də, əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni, sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir. Bununla da pensiya və maaşların artırılması gözlənilir.

 

Qeyd edək ki, 38 316 000,0 min manat, xərcləri 41 367 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 520 952,0 min manat, yerli gəlirləri 795 048,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 567 265,0 min manat, yerli xərcləri 800 335,0 min manat) məbləğində təsdiq ediləcək.

 

Xatırladaq ki, Prezident İlham Əliyev də çıxışında sosial yönümlü xərclərin artırılacağını bildirib: “Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi