“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

13:20 11-10-2024 | icon 294 | Siyasət
“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Elxan Şıxəliyev: “Müəyyən qüvvələr Ermənistanı buna cəsarətləndirirlər”

 

“44 günlük müharibədən sonra Ermənistanın sülh sazişinin imzalanmasına dair mesajlar verməsi ilə paralel sürətli şəkildə silahlanması bu ölkənin çirkin niyyətlərindən xəbər verir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib. O, Ermənistanı silahlandıran bir çox mənbələrə diqqət çəkib.

 

Ekspert Ermənistanın əsasən Fransadan aldıqları "sezar" özüyeriyən aubisiyaları, “bastion” piyada daşıyıcı zirehli maşınları, “mistral” tank əleyhinə raket sistemlərini (bu sistemlər eyni zamanda hava hücumundan müdafiə sistemi kimi də qiymətləndirilir-red.), eyni zamanda Hindistandan alınan “penati” reaktiv yaylım atəş sistemlərini, “akaş” özüyeriyən artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini və “ataks” aubisiyalarını öz silahlanmasına daxil etdiyini qeyd edib. O cümlədən, Ermənistanın Yunanısatanla müqavilə üzərindən fərqli ölkələrdən özünün silahlanmasının diversikasiyasını həyata keçirdiyini qeyd edib.

 

E.Şıxəliyev son məlumatlara əsasən Ermənistanın Cənubi Koreyadan KA2 tanklarını silahlanmasına daxil etmək üçün müqavilələr imzaladığını bildirib:

 

“Ermənistan hərbi büdcəni sürətlə artırır. Bu il müdafiə xərclərinə ayrılan xərclər 46 fazi artıb və təxminən 1,4 milyard dollar civarında müqavilələrini həyata keçirməyə başlayıb. İndi isə o xərcləri 2 milyarda çatdırmaq istəyirlər. Bu çox böyükdür”.

 

E.Şıxəliyev silahlanmanın başa çatmasından sonra bunun Azərbaycana qarşı istifadə olunacağı ehtimalını istisna etməyib. Onun sözlərinə görə, Ermənistan bunu nə qədər bölgənin müdafiə qabiliyyətini artırmaq kimi təqdim etsə də, bu silahların çoxu hücum silahlarıdır və Azərbaycana qarşı istifadə olunacağını düşünürələr:

 

“44 günlük müharibənin bitməsindən keçən 4 il ərzində Ermənistan guya daim sülhə hazır olduğunu göstərsə də, sülh müqaviləsini imzalamaqdan yayınır. Əksinə, silahlanır və biz bunun növbəti mərhələlərdə davamını görəcəyik. Ermənistanın niyyəti aydındır. Ermənistanı sürətlə silahlandıran havadarları mümkün ola biləcək 3-cü müharibənin baş verməsi üçün bu ölkəni cəsarətləndirəcəklər. Ermənistan özü sərhədə nəzarəti həyata keçirə bilmir. Ermənistan sərhədinin bir hissəsində Avropa İttifaqı mülki missiyası, bir hissəsində Rusiya Federal sərhəd xidməti, bir hissəsində digər qüvvələrin olması gərginliyi artırır.

Eləcə də Zəngəzur dəhlizinin açılmamasında qərarlı görsənən qüvvələr var. Yəni 3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var və müəyyən qüvvələr Ermənistanı buna cəsarətləndirirlər. Həmin qüvvələr Ermənistanı tam silahlandırandan sonra müharibə başlamaq üçün hazır vəziyyətdə gətirmək istəyirlər. Ermənistan Azərbaycanın təklif etdiyi sülh variantını qəbul etmiş olsaydı, silahlanmaya bu qədər xərc çəkməyə ehtiyac qalmazdı. Amma görünür ki, Ermənistan yenə də müharibə variantını seçib”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi