Paytaxtın mərkəzində TƏHLÜKƏ
Binadan beton parçaları hər an qopub düşə bilər
Bakının Səbail rayonunda binanın qəzalı vəziyyətə düşməsi sakinlərin narahatlığına səbəb olub.
Bununla bağlı oxucu müraciəti var.
Qeyd olunub ki, söhbət Xaqani və Puşkin küçələrinin kəsişməsində yerləşən dördmərtəbəli binadan gedir.
"Neçə ildir, şikayət edirik, bizə eyni cavabı verirlər - "vəsait yoxdur". Əgər bu beton parçaları kiminsə üstünə düşsə, faciə qaçılmaz olacaq", - deyə müraciətdə vurğulanır.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Qurumdan bildirildi ki, Səbail rayonunda təmir işlərinin aparılması məqsədilə qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahısı (sözügedən yaşayış binası da daxil olmaqla) tərtib olunaraq bir müddət əvvəl aidiyyəti üzrə rəsmi müraciət olunub.
"Sözügedən ünvan da nəzarətdə saxlanılır", - deyə RİH-dən bildirilib.
Xəbər lenti
Nəzakət Məmmədovaya 13 il HƏBS VERİLDİ
O, dövlətə xəyanət maddəsi ilə ittiham olunub