AŞPA-dan Azərbaycanın Parlament seçkisi ilə bağlı obyektiv yanaşma?

11:56 26-07-2024 | icon 312 | Siyasət
AŞPA-dan Azərbaycanın Parlament seçkisi ilə bağlı obyektiv yanaşma?

Məhəmməd Əsədullazadə: “Seçki mühitini qaralamaqla növbəti əsassız iddialar ortaya qoyacağı istisna edilmir”

 

“Azərbaycan sentyabrın 1-də növbədənkənar Parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərməməklə çox düzgün addım atıb”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

 

Onun sözlərinə görə AŞPA daim Azərbaycana qarşı qərəzli mövqe tutub və ilkin hesabatlarında ölkəmizə qarşı təzyiqlərin formalaşmasına yönəlik qətnamlər qəbul edib:

 

“Azərbaycanın bu mövqeyi müstəqil siyasət yürütməsini, heç bir beynəlxalq təşkilatdan asılı olmadığını, təlimatlarla hərəkət etmədiyini göstərir. Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən AŞPA-dan seçki ilə bağlı obyektiv yanaşma gözləmək də sadəlöhvlük olardı. Bütün hallarda AŞPA-nın Azərbaycanın seçki mühitini qaralamaqla növbəti əsassız iddialar ortaya qoyacağı istisna edilmir. Azərbaycanda keçirilən seçkini sual altında qoyan və özlərinin bəyanatlarında seçki mühitinin olmadığını bəyan edən AŞPA-nın sentyabrın 1-də keçirilən növbədənkənar seçkilərə dəvət olunmaması bu qurumun ölkəmizə qarşı münasibətinə adekvatdır”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK