“Azərbaycan regionda yeni münaqişə alovuna görə məsuliyyət daşımır”

19:55 25-07-2024 | icon 246 | Siyasət
“Azərbaycan regionda yeni münaqişə alovuna görə məsuliyyət daşımır”

Şair Ramaldanov: "Azərbaycan sülhə köklənib və delimitasiya, demorkasiya prosesinin nəticələrini gözəyir"

 

Ermənistan ABŞ, Fransa, Avropa İttifaqı tərəfindən silahlandırılır və üst-üstə 1 milyarddan çox maliyyə yardımının ayrıldığı ortaya çıxır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı Azərbaycan sərhəddində atəşkəsi pozmaqla təxribatlar törətməyə həvəsləndirir və yeni bir müharibə təhlükəsini yaradır.

 

Qərb, Avropa İttifaqı, ABŞ təsisatları Ermənstanı silahlandırmaqla və böyük maliyyə vəsaiti ilə təmin etməklə nəyə nail olmağa çalışır?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hərbi ekspert Şair Ramaldanov bildirib ki, Ermənistanın mütəmadi silahlandırılması diqqət mərkəzindədir. Onun sözlərinə görə bu yaxınlarda Ermənistanla İran arasında 500 milyonluq hərbi müqavilənin bağlanması da regiona yaxşı heç nə vəd etmir.

 

Ş.Ramaldanov qeyd edib ki, ilk baxışda hər iki dövlətin müstəqil qərar vermə hüququna əsasən bağlanan müqavilənin də dövlətlərin daxili işi kimi qəbul etmək olar. Lakin son vaxtlar Ermənistana edilən maliyyə yardımları və eləcə də sülh müqaviləsi bağlamadan işğalçı iddiaası ilə yaşayan Ermənistanı silahlandırmaq, yaxud belə bir hərbi müqavilənin bağlanması onu götərir ki, bu ölkələr bölgədə konfrantasiyanın marağındadırlar, sülh müqaviləsinin bağlanmasını istəmirlər. Belə olduğu təqdirdə regionda yenidən hansısa münaqişnin alovlamasına şərait yaradırlar:

 

“Emənisatanı qısa bir samanda böyük vəsaitlər təmin edib, silahlandırmaq yaxşı heç nə vəd etmir. Avropa ittifaqı, ABŞ, Fransanın Ermənistanı külli miqdarda vəsaitlə təmin edib, silahlandırmasının ardınca İran-Ermənistan arasında imzalanan 500 milyonluq hərbi müqavilə də diqqət mərkəzindədir. İranın mövqeyi suallar doğurur. Azərbaycana qarşı olan münasibətlər və Ermənistanla sıx əlaqələrin qurulması ABŞ-İran münasibtləri fonunda da maraqlı görünür. Qərb İrana qarşı sanksiya tətbiq edən dövlətdir. Belə olan halda Ermənistanda müşahidə missiyalarının yerləşdirilməsi İran haqqında kəşfiyyat məlumatları toplamaq məqsədi güdür. İranla Ermənistan sərhəddi yaxınlığında ABŞ tərəfindən hərbi təlimlər keçirilməsi və orada hərbi əməkdaşlıq sahəsində proseslərin genişləndirilməsi ABŞ və Qərbin regionda arzulanmaz dövlətlər olaraq Ermənistanın maraqlarını təmin edir. Bu, regionda Rusiya maraqları ilə üst-üstə düşür. Eyni zamanda gələcəkdə bölgənin münaqişə ocağı kimi alovlandılılmasına xidmət edir”.

 

Ş.Ramaldnov bildirib ki, bütün bu məsələlərə təbii olaraq Azərbaycan prizamasıdan baxırıq. Onun sözlərinə görə, Ermənistanın kimdən silah alması, hansı formada hərbi əməkdaşlığı quracağı diqqtlə izlənir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmaması və regionun hələ də müharibə şəraitində olması Ermənistanın silahlandırmasının başqa şəkildə qiymətləndirməsinə zəmin yaradır:

 

“Azərbaycanla düşmən münasibətində olan ölkənin silahlandırılmasının diqqətimizdə olması normaldır. Ermənistanın son zamanlar regionda marağı olan qüvvələr tərəfindən silahlandırma prosesini sürətləmdirməklə regionun eskalasiyasına səbəb ola bilər. Əgər bu gün Ermənistan sülh müqaviləsindən qaçırsa deməli bu kiməsə lazımdır. Müəyyən regiona daxil olmaq istəyən erməni havadarları müharibə şəraitindən istifadə edərək Ermənistan kimi müstəqil olmayan bir dövləti təxribatlar törətməyə həvəsləndirir. Bu münaqişə fonunda beynəlxalq institutların vəziyyətdən istifadə edərək qətnamələr qəbul etməsi istisna olunmur”.

 

Ekspert qeyd edib ki, qonşu ətraf ölkələrdən Ermənistana təhlükə yoxdur. Azərbaycan sülhə köklənib və delimitasiya, demorkasiya prosesinin nəticələrini gözəyir:

 

"İstər Azərbaycan, istərsə ətrafda olan ölkələr Ermənistana qarşı ərazi iddiaları ilə çıxış etmir. Ermənistanın isə 4 yanına ərazi iddiası var. İranın isə burda öz maraqları var. Digər tərəfdən Zəngəzur dəhlizinin açılmasna maraqlı olmayan İran regionda münaqişənin olmasında maraqlı ola bilər. Bunun gələcəkdə hansı ağır nəticələrə gətirib çıxarmasını görmək üçün o qədər də bilik sahibi olmaq lazım deyil. Ermənistan silahlanrsa bu kiməsə qarşı yönələcək və bu isə Azərbaycandır. Azərbaycan yeni münaqişəyə görə məsuliyyət daşımır.”

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK