Siyasi ŞÜURSUZLUQ

14:21 22-07-2024 | icon 503 | Siyasət
Siyasi ŞÜURSUZLUQ

Daha da xırdalanmayın, ən azından hələ görsənirsiniz

RAMİL HÜSEYNOV
/"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri/

 

Siyasi münasibətlərin, siyasi prosesin, fəaliyyət istiqamətlərin dərk edilməsi, siyasi uğurları qazanmaq, siyasi hadisələrin obyektiv qiymətləndirilməsini bacarmaq üçün siyasi şüuru formalaşdırmaq lazımdır. Mahiyyət etibarı ilə siyasi şüur mənəvi hadisədir.

 

Amma bu mənəvi hadisəni düşüncəsində müsbət elementlərlə formalaşdırmaq üçün mənəvi dəyərlərin zənginliyi, mənəvi keyfiyyətlərin bolluğu lazımdır. Onda biz siyasi şüuru mükəmməl formalaşdıra bilirik və siyasi şüuru olan insanlar təbi ki siyasət elmi, siyasətlə məşğul olur və siyasi mövqe ortalığa qoyurlar. Hər halda biz bilirik ki, siyasət çox mürəkkəb bir elmdir. Həm də şərəfli bir fəaliyyət növüdür o nöqteyi nəzərdən ki, kim şərəflə öz dövlətinə xidmət etməyi bacarır. Əslində siyasət birbaşa dövlətə, millətə xidmət etmək üçün yaranmış bir prosesdir.

 

Siyasi proseslərə qoşulan, siyasi təsisatlar yaradan və həmin təşkilatların hakimiyyətlə qarşılıqlı əlaqəsi mühüm əhəmiyyətə malikdir. Çünki biz insanlarımızda o öz siyasi şüurumuzla siyasi mədəniyyətimizlə, o münasibətlərlə cəmiyyətin baxışlarını, təsəvvürlərini stereotipləri formalaşdırırıq və bu çox vacib bir siyasi münasibətdir. Çünki cəmiyyətdə ictimai siyasi şüurun formalaşdırılması həmin siyasi şüurdan təfəkkürdən aslıdır. Uzun illər siyasətlə məşğul olanlar özlərinə bir obraz yaratmağa başlayırlar və bu obraz mənfi və müsbət obraz kimi cəmiyyət tərəfindən qiymətləndirilir. Siyasi elmin fundamental elementlərindən biridə seçki mədəniyyətidir. Hansı şəxslər ki, özündə siyasi mədəniyyəti formalaşdırıblar, onlar seçkidə də o mədəniyyət strategiyası ilə nümunəvi siyasi xadimə çevrilirlər.

 

Hal-hazırda növbəti seçkiləri qarşılamağa hazırlaşırıq. Bundan öncəki seçkilərdə siyasi şüuru özündə formalaşdıra bilməyənlər yenə köhnə taktika, ritorika ilə fəaliyyətlərini davam etdirirlər. Bax acınacaqlı hal budur. Hakimiyyət hər seçkidə yeni dünyanın müasir standartlarına uyğun olaraq öz siyasi tərəqqisini, mütərəqqi siyasi davranışlarını ortaya qoyur. Amma təəssüflər olsun ki, qarşı tərəfin bəziləri baykotçular, realçılar və digər çılar, çilər, çülər hələdə siyasi obrazlarını dəyişə bilmirlər və neçə dəfə öz siyasi obrazlarını dəyişmək üçün kənar xarici qüvvələrin dəstəyindən istifadə etsələr də alınmayıb. Məncə siz bu haqda ciddi düşünün niyə bilirsiniz , çünki artıq cəmiyyət sizdən bezib bu siyasi şüur yox şüursuzluqdu. Zornan deyil ki, mənimsəyə bilmədiz, dəyişə bilmədiz özünüzü. Bundan öncəki seçkilərdə xalq kimə etimad göstərdisə, yenə həmin etimadı o siyasi qüvvə qazanacaq. Çünki o siyasi düşüncənin sahibi illər öncəki Azərbaycanı yüz illər öncəki Azərbaycanı tamam dəyişdi və xalq o dəyişən Azərbaycanla fəxr edir. Çünki biz böyük bir şərəfli tarix yazdıq. O rəhbərlə, o xalqla, o həmrəyliklə bu prosesdən siz çox uzaqdasız, orada olanları görmürsünüz. Orada olanlar da arxaya baxanda sizi böyüdücü ilə məncə nöqtə kimi görür. Daha da xırdalanmayın, ən azından hələ görsənirsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK