UEFA əmsallar cədvəlində irəliləyiş

09:30 26-07-2024 | icon 301 | İdman
UEFA əmsallar cədvəlində irəliləyiş

Azərbaycan UEFA əmsallar cədvəlində bir pillə irəliləyib.

 

Versus.Az xəbər verir ki, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.

 

Hazırda 24-cü yerə yüksələn ölkəmizin əmsalı 17.750-yə çatıb. "Zirə" və "Sabah" Azərbaycan üçün hərəyə 0.250 xal qazandırıblar (bu mərhələdə qələbəyə görə bir xal verilir və ölkənin komandalarının sayına (4) bölünür). Onlar müvafiq olaraq Slovakiyanın "DAK 1904" (4:0) və İsrailin "Makkabi" (Hayfa) (3:0) komandalarını məğlub ediblər. Təəssüf ki, "Sumqayıt" evdə Macarıstanın "Fehervar" kollektivinə uduzub - 1:2.

 

Azərbaycandan bir pillə öndə Rusiya (18.299), bir addım geridə isə Slovakiya (17.625) yer alıb.

 

55 ölkənin əmsallar cədvəlinə İngiltərə (89.160) başçılıq edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK