"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

14:16 14-05-2024 | icon 319 | Cəmiyyət
"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Fuad Əliyev: "Regionlarda xüsusilə gəncləri cəlb edəcək iş yerləri açılmalıdır"

 

Regionlarda işsizlik problemi necə həll olunsun? Regionlardan çörəkpulu üçün Bakıya axının qarşısı necə alınsın?

 

Versus.Az xəbər verir ki, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev məsələyə münasibət bildirib.

 

Fuad Əliyevin sözlərinə görə, regionlarda iş yerlərinin sayının az olması Bakıya axının əsas səbəblərindən biridir:

 

“Hesab edirəm ki, bu məsələni ciddi araşdırmaq lazımdır. Ümumi problem işsizlikdir, amma hər bir regionun, rayonun özünə görə məxsus problemləri var. Ona görə də açılan sənaye-istehsalat müəssisələrin, şirkətlər həmin regionlara uyğun olmalıdır, bazar təlabatına uyğun açılmalıdir. Regionlarda iş yerlər açılmalıdır ki, xüsusilə gənclər üçün cəlbedici olmalıdır. Bakıya universitetlərdə oxumağa gələn gənclər öz regionlarında işləmək üçün maraqlı olmalıdırlar”.

 

Fuad Əliyev hesab edir ki, regionlarda işçilərin aldığı maaşlar da fərqlənməlidir:

 

“Dövlət regionlarda iş yerlərin açılması ilə bərabər, işçiləri stimullaşdırmalıdır. Misal üçün rayonlarda işləyən müəllim və həkimlərin maaşları Bakıda işləyən müəllim və həkimlərin aldığı maaşlardan aşağıdır. Eynilə də digər sahələrdə. Kiçik və orta biznesin fəaliyyəti üçün geniş imkanlar yaradılmalıdır. Böyük şirkətlər, müəssisələr regionlarda öz filiallarının açılmasında da maraqlı olmalıdırlar. Bunun üçün bəlkə də üç, ya da beş il ərzində müəyyən vergilərdən azad olunmalıdırlar. Fikrimcə bunlar həyata keçsə, regionlarda sosial problemlərin böyük bir hissəsi həll olunacaq”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK