"Ulu öndərin işığında" - TƏQDİMAT

17:35 16-05-2024 | icon 380 | Cəmiyyət
"Ulu öndərin işığında" - TƏQDİMAT

May ayının 7-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ulu Öndərin İşığında” adlı kitabın təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, istedadlı şagird, şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin İşığında” adlı kitabında Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli liderin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur.

 

Tədbirdə filologiya elmləri doktoru pr. Asif Rüstəmli, şair, publisist Əli Rza Xələfli, “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Sevindik Nəsiboğlunun təhsil aldığı məktəbin müəllim kollektivi, 1 nömrəli UGİM-nin dərnək üzvləri və digər qonaqlar iştirak ediblər.

 

İlk öncə Ümummilli lider Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz olkəsini gerçək müstəqilliyə qovuşduran nəhəng tarixi şəxsiyyət, qüdrətli və müdrik dövlət xadimidir:

Azərbaycan xalqı yeni əsrə məhz Heydər Əliyevin parlaq zəkasının işığında qədəm qoymuşdur. Bugünkü müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Müstəqil Azərbaycanımızı qoruyub saxlamaq hər bir gəncin və hər bir azərbaycanlının vətəndaş vəzifəsidir. Bu baxımdan Heydər Əliyev irsinin təbliğ olunması və gələcək nəsillərə ötürülməsi vacib məsələdir".

 

Pr.Asif Rüstəmli çıxışında bu gün təqdimatı keçirilən “Ulu Öndərin İşığında” adlı kitabın gənc müəllifinin Ulu Öndərə olan sonsuz sevgisini qeyd edib. Həmçinin, Sevindiyin zəngin dünyagörüşü, vətənpərvərlik ruhu, zehni, qabiliyyəti ilə seçilən bir gənc olduğunu qeyd edib. O gənc müəllifin kitab təqdimatının məhz Respublika Uşaq Kitabxanasında keçirilməsi əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin istedadlı yeniyetmələrə dəstək olduğunu bildirdi. Belə istedadlı gənclər sayəsində gələcəkdə Azərbaycan ədəbiyyatının, poeziyasının, mədəniyyətinin, incəsənətinin daha da inkişaf edəcəyinə dair əminliyini dilə gətirib.

 

Təqdimatda çıxış edən digər qonaqlar tərəfindən istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılmasında, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin təşkilinin əhəmiyyətindən söz açılıb, bu gün ölkədə həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dövlət siyasətinin əsas vəzifələrindən olduğu bir daha vurğulanıb.

 

Məktəblilər gənc yazara suallar ünvanlayıb. 15 yaşlı gənc müəllif bütün sualları böyük həvəslə cavabladıqdan sonra ən maraqlı sualı təqdim edən şagirdə öz kitabını hədiyyə olaraq bağışlayıb. /clb.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda