“Qarabağ” “Turan Tovuz”a qalib gəlib

22:49 17-05-2024 | icon 329 | İdman
“Qarabağ” “Turan Tovuz”a qalib gəlib

Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.

 

Versus.Az xəbər verir ki, ilk oyun günü “Qarabağ” doğma meydanda “Turan Tovuz”u qəbul edib.

 

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:3.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesabı “köhlən atlar”dan 19-cu dəqiqədə Juninyo açıb. 47-ci dəqiqədə Emmanuel Kahman “status-kvo”nu bərpa edib, 6 dəqiqə sonra isə Luis Paçunun qolu “Turan Tovuz”u hesabda önə çıxarıb. Bununla belə, 69-cu dəqiqədə Leandro Andrade yenidən hesaba tarazlıq gətirib. 75-ci dəqiqədə Matues Silva ağdamlıların üçüncü qolunun müəllifi olub. Final fitinə 5 dəqiqə qalmış E.Hakman qonaqların heyətində dubl edib. 90-cı dəqiqənin tamamında isə L.Andrade “Qarabağ”ın heyətində dubl müəllifi olub və oyunda yekun hesabı müəyyənləşdirib.

 

Çempionluğu vaxtından əvvəl təmin edən Qurban Qurbanovun komandası bu nəticənin ardından xallarını 82-yə yüksəldib. Tovuz klubu isə 45 xalda qalıb.

 

Qeyd edək ki, XXXV turun digər görüşləri mayın 18-də və 19-da gerçəkləşəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK